Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aİ-nin Ermənistanda missiyası haqqında sensasiyalı məlumatlar açıqlanıb

Aİ-nin Ermənistanda missiyası haqqında sensasiyalı məlumatlar açıqlanıb

Bakı, 3 aprel, AZƏRTAC

Avropa İttifaqının (Aİ) Ermənistanda missiyası haqqında “caliber.az” informasiya portalında “Qərb İrəvana deyir: Az yaşa, gənc öl” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi yazır: “Cənubi Qafqaz respublikası son aylarda ocaqçıların durmadan kömür ataraq qəsdən təzyiqi qaldırdıqları buxar qazanını xatırladır. Ocaqçılar qismində Aİ-nin təlimatlarına görə hərəkət edən Paşinyan və koalisiyası çıxış edirlər”.

Portalın yazısında qeyd edilir: “Missiyanın başçısı Markus Ritterin şəxsiyyətinə diqqət etmək kifayətdir; polis adı altında təcrübəli kəşfiyyatçı, 2004-2005-ci illərdə Kosovoda BMT missiyasının qərargah rəisi, 2007-2008-ci illərdə BMT-nin Gürcüstandakı müşahidə missiyasının qərargah rəisi, 2012-2013-cü illərdə Aİ-nin Cənubi Sudanda proqramlaşdırma və əməliyyatlar missiyasının şöbə müdiri, həmçinin 2017-2019-cu illərdə Aİ-nin Bağdaddakı məsləhət missiyasının rəhbəri. Məlum olduğu kimi, bu cür məsul tapşırıqların yerinə yetirilməsi xüsusi hazırlıq tələb edir”.

Məqalədə qeyd olunur ki, Ritterin bu yaxınlarda “Deutche Welle” nəşrinə bədnam müsahibəsində söylədiyi maraqlı fikirlər, daha dəqiq desək, “biz müdaxilə edə bilmərik, bizim yalnız binokl və kameralarımız var” sözləri incə, eyni zamanda, sinik sətiraltı məna daşıyan cümlədən başqa bir şey deyil və missiyanın fəaliyyətini izləmək və güdmək kimi həqiqi xarakterini göstərir. Yazıda, həmçinin hərbi kəşfiyyat missiyasının fəaliyyəti üçün yaradılmış şəraitdən bəhs olunur: “Yerli personal” və ona qoşulan məsləhətçilər qismində hazırda xidmətdə olan və istefaya getmiş erməni zabitlər və xüsusi xidmət orqanlarının əməkdaşları iştirak edirlər. Onların köməyi ilə Rusiyanın hərbi məktəblərində təhsil almış erməni hərbçilər cəlb olunur. Məhz onların vasitəsilə, öz növbəsində, bu hərbçilərin Rusiya Silahlı Qüvvələrində olan keçmiş kursant yoldaşları ilə əlaqələri yaradılır və sonradan NATO-ya ötürülməsi üçün onlardan rus ordusunun Ukraynada vəziyyəti haqqında informasiyalar əldə edilir. Maraqlıdır ki, Qərb diplomatları xarici həmkarları ilə görüşlərində Aİ-nin Ermənistandakı missiyasının toplanmış informasiyaları NATO ilə bölüşdüklərini belə gizlətmirlər. O da məlum olub ki, Gümrüdəki hərbi bazanın yaxınlığında GSM və “Internet Communication Intelligence” sistemləri, rus hərbçilərinin danışıqlarını qeydə almaq, onların pelenqasiyası, habelə gələn və gedən nəqliyyat vasitələrinin müəyyən edilməsi məqsədilə “Butzbach”, “Langen” və “Rheinhausen” yerüstü taktiki platformaları quraşdırılıb. Bununla yanaşı, yerlərdə siqnalların şifrinin açılması üçün yeni sistemlərdən istifadə olunur. Burada əlavə etmək zəruridir ki, analoji aparatura azərbaycanlı hərbçilərin gizli dinlənilməsi üçün Azərbaycanla olan şərti sərhəddə də quraşdırılıb. Bununla əlaqədar bizim Silahlı Qüvvələrimiz telefon danışıqlarının tam dayandırılması, o cümlədən əsgərlərdən mobil telefonların alınması üzrə zəruri tədbirlər görməlidir”.

Müəllif hesab edir ki, Aİ-nin bu cür fəal tədbirlərinin orta vədədə nəzərdə tutulan mümkün hədəfi Gümrüdən rus hərbi bazasının və bütövlükdə Rusiyanın regiondan sıxışdırılıb çıxarılması, sonradan isə (2025-ci ildə) Qərb missiyasının (Aİ, ATƏT və ya BMT) missiyasının rus sülhməramlılarının yerinə Qarabağa göndərilməsidir. Bu məqsədlə Ermənistanda məqsədyönlü şəkildə Rusiya əleyhinə təbliğat gücləndirilir. Məqalədə vurğulanır: “Aİ-nin missiyasının fəaliyyəti barədə çox yaxşı məlumatı olan Kreml hələ ki, ya bunu anlaya bilmir, yaxud da gözləmə mövqeyində donub qalır. Paradoks ondan ibarətdir ki, Rusiya Ermənistanı ələ keçirə bilmir, çünki onu çoxdan zəbt edib. Baza isə olduğu kimi yerində qalır. Məlum səbəblərə görə (Ukraynada müharibə) Kreml onun gücünü artıra, hətta irimiqyaslı əməliyyatlar keçirə bilmir. Ona görə də hərəkət ancaq reqress istiqamətində mümkündür. Hər yerdə peyda olan avropalıların əməlləri fonunda status-kvonu qoruyub saxlamaq isə getdikcə çətinləşir. Bəli, iqtisadiyyat rus dövlət şirkətlərinin əlindədir. Lakin Moskva iqtisadi metodlarla təzyiq göstərməyə elə də tələsmir, çünki hər bir belə addım erməni cəmiyyətini Rusiyadan daha çox uzaqlaşdıracaq... Bununla bağlı Kreml hələ ki, Ermənistandan süd məhsullarının idxalına qadağa qoyulması kimi yarımçıq tədbirlərlə kifayətlənir”.

Məqalədə vurğulanır: “Azərbaycanın ardıcıl şəkildə müvəqqəti olaraq rus sülhməramlı kontingentinin məsuliyyət zonasında yerləşən öz ərazisində suverenliyini möhkəmləndirməsi və Azərbaycan tərəfinin mövqeyinə uyğun olaraq Qarabağda aktiv hərəkətlərin qeyri-mümkün olması fonunda Moskvanın manevrlər üçün o qədər də geniş imkanları yoxdur. Ehtimal etmək olar ki, Kreml Qarabağ ermənilərinin yenidən Azərbaycana inteqrasiyasına fəal kömək etmək əvəzinə Bakıdan sülhməramlıların mandatının daha 5 il uzadılması üzrə icazə istəyə bilər. Lakin belə olacağı təqdirdə, Ermənistanın sülhməramlı kontingentin müddətinin uzadılmasına razı olacağına təminat yoxdur. Artıq qeyd edildiyi kimi, Ermənistan rus sülhməramlılarının Qərblə əvəz edilməsinə nail olmaq istiqamətində fəal iş aparacaq. Belə pat vəziyyətində Moskvanın Ermənistandakı bütün kəşfiyyat arsenalından istifadə etməyə can atmaqla Avropanın hücumuna qarşı durmağa və Ermənistanı öz nəzarəti altında saxlamağa çalışacağı ehtimal olunur. Bunun ciddi toqquşmalar olmadan baş verəcəyinə isə kimsə inanmır...”

Yazıda diqqətə çatdırılır: “Eyni zamanda, siyasi-diplomatik müstəvidə “Qarabağ” istiqamətini Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, eston Toivo Klaar aparır. Onun missiyasına Qərb ölkələrinin Qarabağda missiyasının yerləşdirilməsi üçün zəmin hazırlanması daxildir. Bu məqsədlə Ermənistanda qisasçı meyilləri qızışdıran Sasna Tsrer kimi fransız proksi partiyalar dəstəklənir, “miatsum” ideyası gündəmdə saxlanılır. Buna paralel olaraq, Qərb təşkilatları tərəfindən Ermənistanda vətəndaş cəmiyyətinə güclü maliyyə dəstəyi göstərilir.

Yeri gəlmişkən, Klaarın seçilməsi də təsadüfi deyil. Baltikyanı (Estoniya) və Polşa kəşfiyyatları erməni xüsusi xidmət orqanları ilə işin avanqardında yerləşir, formalaşan Ermənistan xarici kəşfiyyat xidmətinə texniki və məsləhət sarıdan yardımlar edirlər. Baltikyanı ölkələr və Polşanın Fransaya müxalif olaraq Avropanın daxilində amerikayönlü mövqelərini, həmçinin missiyaya Avropada liderlik uğrunda Fransa ilə rəqabət aparan Almaniya nümayəndəsinin rəhbərlik etdiyini nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, ABŞ missiyaya bilavasitə rəhbərlik edir və Vaşinqton bu funksiyanı Fransaya təslim edəcək qədər sadəlövh deyil, baxmayaraq ki, sonuncu bunu çox istəyərdi”.

Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, missiya üç hissəyə bölünüb. Baltikyanı-Polşa qanadı Rusiya ilə iş aparmağa, alman tərəfi ən çox türk istiqaməti ilə çalışmağa cavabdehdirlər. Fransızlara isə İranla əlaqələr qurmaq və Ermənistanın daxilində qisasçı qüvvələri dəstəkləmək həvalə edilib.

Beləliklə, İslam İnqilabı Keşikçiləri Korpusu sözdə “şeytan” adlandırdıqları Qərblə işdə əməkdaşlığa tamamilə acıqdır. Bunun səbəbi Tehranın Cənubi Azərbaycan amilini nəzərə alaraq özünə real təhlükə gördüyü Azərbaycan-Türkiyə alyansının güclənməsinə qarşı çıxmaqdır. Lakin İranın bu taktiki baxışı perspektivdə daha böyük problemlərə gətirib çıxaracaq. Belə ki, ABŞ-nin ilk siqnalı üzrə missiya öz fəaliyyətini Tehranın əleyhinə çevirə bilər. Keçmiş Liviya lideri Muammər Qəddafinin timsalında bu məsələdə fransızlara nə dərəcədə etibar etmək olduğunu görmək mümkündür...

Türkiyə istiqamətinə gəldikdə, təəccüblü deyil ki, iki milyonluq türk diasporunun yaşadığı Almaniyada geniş kontaktı olan şəbəkələr mövcuddur. Beləliklə, Azərbaycanın ən yaxın müttəfiqi haqqında faktların toplanması kimi mühüm vəzifə cənab Ritterin bilavasitə nəzarəti altındadır”.

Müəllif daha sonra yazır: “Aİ-nin bu cür fəal missiyası onu göstərir ki, prinsip etibarilə erməni cəmiyyəti və baş nazir Paşinyanın özü Azərbaycan və Türkiyə ilə böyük sülhə hazır idilər. Daxil olan məlumatlar deməyə əsas verir ki, qisasçı əhvali-ruhiyyə süni olaraq xaricdən körüklənir. Axı, Rusiyadan başqa Qərbin daha bir rəqibi var - Türkiyə-Azərbaycan tandemi və ümumilikdə Türk dünyası. Qərb yaxşı başa düşür ki, Ermənistanın Türk dünyasının orbitinə cəlb edilməsi yüzilliklər boyu bağlanan ziddiyyətlər düyününü əbədi olaraq qıra bilər. Hadisələrin bu cür inkişaf etməsinin qarşısının alınmasını heç cür istəməyən şübhəli müttəfiqlər - almanlar və fransızlar vahid cəbhədə birləşməyə məcbur olublar. Azərbaycan üçün regionda nə rus, nə də Qərb layihəsi, hətta onun hər hansı formada birləşməsi məqbul deyil. Azərbaycanın vəzifəsi tərəflərdən hər birinin maraqlarından istifadə edərək özünə qarşı düşmən hərəkətləri neytrallaşdırmaqdır. Bizimlə minimum, bəlkə də sıfır maraqları olan iki ölkə Fransa və İrandır. Təsadüfi deyil ki, onlar tandem qurublar. Bakı üçün zəruri olan ABŞ və Almaniyanı Aİ-nin Ermənistandakı missiyası ilə tərəfdaşlıq çərçivəsindən çıxarmağa inandırmaqdır. Bütün hallarda, öz ərazisində poliqon, yaxud xaos yaratmış Ermənistanın taleyi tükdən asılıdır. Özünü məhvə sürükləyən bu ölkə regiona da xoşagəlməz hadisələr yaşada bilər. Bizim məqsədimiz təkcə bu vəziyyətdən itkisiz deyil, həm də maksimum faydalanaraq çıxmaqdır. Bunu etmək üçün bizim güclü ordumuz, əlverişli coğrafi mövqeyimiz və ən yüksək rəhbərliyin diplomatik məharəti var. Qafqazda böyük oyun davam edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb