Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Rafael Hüseynov İngiltərənin məşhur “Viktoriya və Albert” muzeyinin rəhbərliyinə məktub ünvanlayıb

Akademik Rafael Hüseynov İngiltərənin məşhur “Viktoriya və Albert” muzeyinin rəhbərliyinə məktub ünvanlayıb

Bakı, 23 dekabr, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynov Londondakı “Viktoriya və Albert” muzeyinin saytında Nizami Gəncəvinin İran şairi kimi, onun “Xosrov və Şirin” poemasındakı Şirin obrazının isə erməni olaraq təqdim edilməsi ilə bağlı muzeyin direktoru Tristram Hanta, kolleksiyalar üzrə direktor Antonia Boströma və muzeyin görüşlər, kommersiya məsələləri, rəqəmsallaşdırma üzrə direktoru Sofi Brendelə məktub ünvanlayıb.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Məktubda bildirilir:

“Dəyərli həmkarım!

Dünya mədəniyyətinin əvəzsiz incilərini qoruyan və səxavətlə insanlara təqdim edən muzeyinizə rəğbət və hörmətimi ifadə edir, bütün əməkdaşlarınıza salamlarımı çatdırıram. Mən dəfələrlə sizin muzeydə olmuş, hər dəfə də ilk dəfə gəlirmiş kimi heyran qalmış, sonsuz zövq almışam. Bu gözəlliyi yaşatdığınız, qoruduğunuz və ləyaqətlə təbliğ etdiyiniz üçün sizə bir daha minnətdarlığımı bildirirəm.

Mən peşəkar şərqşünas və muzey işçisi olduğumdan ekspozisiyalarda tarixi çəkisi və mənası olan sənəd və eksponatların düzgün, təhrifsiz təqdiminə həmişə son dərəcə diqqətli və ehtiyatla yanaşıram.

Sizə müraciət etməyimə səbəb muzeyinizin saytında və ekspozisiyanızda təqdim olunan bəzi minatürlərlə bağlı yetərincə dəqiq olmayan məlumatların Azərbaycan Respublikasında ictimaiyyət arasında narahatlıq oyatması və bu haqda mətbuatda, sosial şəbəkələrdə dərc edilən tənqidi yazılar oldu.

Ona görə də sizə yazaraq bəzi məsələlərə aydınlıq gətirməyi lazım bildim. Mən sizinlə bu müzakirələri daha geniş şəkildə davam etdirməyə, sizə əlavə elmi materiallar da təqdim etməyə hazıram.

Muzeyinizin saytında XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin İran şairi kimi, onun “Xosrov və Şirin” poemasındakı Şirin obrazının erməni olaraq təqdim edilməsi tarixi və elmi baxımdan doğru deyildir və narazılığa səbəb olan da məhz bu incə məqamlardır.

Son 80 ildən artıq müddətdə Azərbaycan öz böyük şairinin yubileylərini dəfələrlə təntənə ilə keçirmiş, şairin 880 yaşının tamam olduğu 2021-ci il isə Azərbaycan Respublikasında dövlət tərəfindən rəsmən “Nizami Gəncəvi İli” elan edilmişdir.

Nizami Gəncəvi Azərbaycan şairidir, 1141-ci ildə Azərbaycan şəhəri Gəncədə doğulub, ömrü boyu bu şəhərdə yaşayıb, bütün əsərlərini Gəncədə yaradıb, 1209-cu ildə Gəncədə vəfat edib, bu gün də onun Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncədəki mavzoleyi bütün xalqın ən uca tutduğu ziyarət yerlərindəndir.

Azərbaycanın paytaxtı Bakıda, eləcə də Gəncədə və digər şəhərlərimizdə Nizaminin abidələri ucalır, adına rayonlar, küçələr, meydanlar, müəssisələr var, əsərləri tədris edilir, irsi öyrənilir, haqqında araşdırmalar aparılır, kitablar yazılır, filmlər çəkilir. Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada sevimli şairin şərəfinə Nizami adını daşıyan və müxtəlif yaş nəsillərinə aid minlərlə insan var.

Məhz Azərbaycan şairi olaraq Nizami Gəncəvinin heykəlləri bu gün İtaliyada, Misirdə, Rusiyada, Lüksemburqda və digər xarici ölkələrdə də yüksəlməkdədir.

Nizami Gəncəvi Azərbaycan xalqı üçün sadəcə görkəmli şair deyil. Nizami Azərbaycan xalqının başlıca rəmzlərindən biridir, bu, xalqın milli kimliyinin, istedadının, yaradıcı gücünün vacib göstəricilərindəndir. Ona görə də Azərbaycan xalqı üçün son dərəcə əziz və qiymətli olan belə bir əbədiyaşar və dünyada məşhur övladının başqa bir xalqın nümayəndəsi kimi qələmə verilməsi, gəncəli, azərbaycanlı olduğu halda onun iranlı kimi təqdim edilməsi Azərbaycan Respublikasında əhalinin ən müxtəlif təbəqələri arasında təəccüb və narazılıq oyatmışdır.

Azərbaycan insanlarının Nizami Gəncəvi ilə əlaqədar baş vermiş bu təhrifə belə həssas münasibət göstərməsi təsadüfi deyil.

Tarixboyu Azərbaycanın yalnız torpaqlarına və sərvətlərinə deyil, həm də böyük şəxsiyyətlərinə, mədəni irsinə, abidələrinə qarşı da təcavüz, qəsb siyasəti yürüdülmüşdür. Azərbaycanın 20 faiz ərazisi 30 ilə yaxın müddətdə işğal altında idi. 2020-ci ilin noyabrında Azərbaycan 44 günlük müharibədən sonra nəhayət ki, bütün zəbt olunmuş torpaqlarını azad etmişdir. Uzunmüddətli işğal səbəbindən indi öz ərazilərinin hər qarışına, hər bir milli sərvətinə son dərəcə həssas münasibət hər bir azərbaycanlı üçün ən ali duyğudur.

Gəncəli Nizami İran, fars şairi kimi təqdim ediləndə Azərbaycan xalqı bunu yalnız öz doğma şairinə qarşı deyil, həm də Vətənin ayrılmaz parçası olan Gəncəyə qarşı yolverilməz yanaşma, ölkənin ərazi bütövlüyünə sayğısız münasibət kimi qavrayır.

Təəssüflər olsun ki, ayrı-ayrı qüvvələr tərəfindən Azərbaycana qarşı müxtəlif səviyyələrdə mədəni qəsbkarlıq siyasəti indi də davam etməkdədir. Nizami Gəncəvi Azərbaycan şairidir, gəncəlidir, milliyyətcə Azərbaycan türküdür və bütün bunları hər kəsdən əvvəl özü “Xəmsə”sində açıq-aşkar bəyan edir. Lakin Nizami orta əsrlərdə Mərkəzi Asiyada mövcud olmuş ədəbi ənənəyə uyğun olaraq əsərlərini o zamanın ortaq poeziya dili olan farscada yazmışdır. 3 dildə - ana dili olan Azərbaycan türkcəsində, farsca və ərəbcə yazmaq orta əsr Azərbaycan ziyalısı üçün səciyyəvi olmuşdur. Ümumən bu özəllik orta əsrlərdə digər Yaxın və Orta Şərq xalqları üçün də xas idi və fars dili o dövrdə bir vaxtlar latıncanın Avropa üçün oynadığı rolu yerinə yetirirdi.

Həmin dövrdə Orta Asiyadan Qafqaza, İrandan Hindistana qədərki nəhəng məkanda milliyyətindən asılı olmayaraq müxtəlif xalqların ədibləri bədii əsərlərini fars, elmi risalələrini ərəbcə yazırdılar. Bu həmin dövrkü qloballaşmanın nəticəsi idi və nəticə etibarı ilə bütöv Mərkəzi Asiyanı ortaq elmi-ədəbi məkana çevirir, mədəniyyətlərarası dialoqa, mədəni transferə geniş imkanlar açırdı.

Bu gün də ABŞ-da ingiliscə yazan çoxlu ərəb və pakistanlı yazıçı və sairlər var, yaxud Almaniyada yaşayan, alman dilində gözəl poeziya və nəsr nümunələri doğuran onlarla türk ədibi fəaliyyətdədir. Ya Hindistan vətəndaşı olan, ana dili kimi mənimsədiyi ingiliscədə gözəl bədii əsərlər yaradan hindli qələm sahiblərini, yaxud əlcəzairli fransızdilli ərəb yazıçı və şairləri yada salaq. Təbii ki, eyni hal Böyük Britaniyada da mövcuddur. Yaxud rus dilində yazıb-yaratmış, dünyada tanınmış qazax, qırğız yazıçı və şairlərini götürək. Yazdıqları dili əsas sayaraq hindliyə və urduya ingilis, ərəbə fransız, türkə alman, qırğıza, qazaxa rus deyilsə doğrumu olar? Və ya elə əhalisi ingiliscə danışan Amerika Birləşmiş Ştatlarına baxaq. Bütün amerikalı yazıçı və şairlərə “ingilis ədibləri” demək ədalətli və düzgün olardımı?

Axı çox zaman insanlar milliyyətə münasibətdə göstərilən belə diqqətsizliyi ağrı ilə, çox incik qəbul edir, etirazlarını bildirirlər.

Ümumbəşəri ideyaları tərənnüm etmiş Nizami Gəncəvi lap çoxdan bütün dünyanınkı olan şairlər cərgəsindədir. O, bu gün dünyanın bir çox dillərinə tərcümə edilib, oxunur, sevilir. Lakin Nizami Gəncəvi Azərbaycan xalqının övladıdır, ilk növbədə Azərbaycan şairidir və onu öz ölkəsindən, öz xalqından ayırmaq təşəbbüsləri yolverilməzdir.

Çünki əvvəllər də bəzi fars və erməni millətçiləri tərəfindən belə cəhdlərin olması müşahidə edilmişdir.

Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərindəki Şirinin erməni və Ermənistan hökmdarı kimi təqdim edilməsi də tarixi həqiqətin təhrifidir.

Həmin poemada haqqında bəhs edilən Ərmən və ya Ərmənzəmin heç də yanlış olaraq düşünüldüyü və yazıldığı kimi Ermənistan - Armenia deyildir. Ərmən orta əsrlər Azərbaycanında kiçik bir əyalət olmuşdur ki, paytaxtı Bərdə idi. Bərdə şəhəri bu gün də Azərbaycan Respublikasında mövcuddur və həmin şəhəri Nizami digər poemalarında da məhəbbətlə təsvir edir. Şirinin milliyətcə kim olması sualının cavabını isə təbii ki, Şirinin özündən yaxşı heç kim verə bilməz. “Xosrov və Şirin” məsnəvisinin “Şirinin cavabı” adlı fəslində Şirin belə deyir: “Mən qara gözlü türkəm” (من ان ترک سیه چشمم...). Bu qədər sadə.

Biz bütün insanların olan mədəni sərvətlərin siyasiləşdirilməsi səmtindəki hər cəhdə münasibətdə ayıq olmalıyıq.

Bir daha Sizə ehtiramımı çatdıraraq rica edirəm ki, Nizami Gəncəvi ilə bağlı mübahisə və narahatlıq yaradan materialların saytınızdan götürülməsi, ekspozisiyada müvafiq düzəlişlər aparılması məsələsinə diqqətinizi əsirgəməyəsiniz və irəlidə də qeyd etdiyim kimi, bu mövzu ilə əlaqədar istənilən qədər əlavə və geniş elmi material və mötəbər tarixi sübut və məxəzlərin sizə təqdim edilməsinə, konstruktiv fikir mübadilələrinə, davamlı əməkdaşlığa həmişə hazıram”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib