Aleksandr Lukaşenko: Belarusda koronavirusun yayılması pik həddədir
Minsk, 31 mart, AZƏRTAC
Bu gün Belarusda ən ağır problem dünyada koronavirusun yayılmasının iqtisadiyyata vurduğu ziyandır.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenko Respublika Şurasının sədri ilə görüşündə söyləyib. Prezidentin sözlərinə görə, Belarusda koronavirus xəstəliyinin yayılması pik həddədir.
“Həmişə olduğu kimi yazda xəstəlik pik həddə olur, sonra azalır. Mən Allaha dua edirəm ki, Pasxaya qədər xəstəlik azalsın”, - deyə Lukaşenko əlavə edib.
Qeyd edək ki, Belarusda 152 nəfər koronavirusa yoluxub, onlardan 47 nəfəri müalicə olunaraq evə buraxılıb. Ölkədə koronavirusdan bir nəfər Belarus Milli Akademik Dram Teatrının 75 yaşlı aktyoru Viktor Daşkeviç vəfat edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:25]
BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir
- 14.10.2026 [12:43]
Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb
- 14.10.2026 [12:33]
Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
- 14.10.2026 [12:26]