Aleksandr Vuçiç: Ukrayna Kosovonun müstəqilliyini tanısa, hər şeyini itirəcək
Bakı, 9 avqust, AZƏRTAC
Rəsmi Kiyev Kosovonun müstəqilliyini tanısa, dərhal hər şeyini itirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç respublikanın baş naziri Ana Brnabiçlə birgə mətbuat konfransı zamanı deyib.
Vuçiç jurnalistlərin Kosovonun müstəqilliyinin Kiyev tərəfindən mümkün tanınması ilə bağlı sualını cavablandırarkən söyləyib: “Ukrayna bizim üçün dost ölkədir, bizim Ukrayna ilə heç vaxt münaqişəmiz və ya problemimiz olmayıb. Ümid edirəm ki, olmayacaq da”.
Xatırladaq ki, Kosovo 2008-ci ilin fevralında birtərəfli qaydada müstəqilliyini elan edib və son illərdə UNESCO və İnterpola daxil olmaqla beynəlxalq təşkilatlara fəal şəkildə qoşulmağa çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]