Aleksey Overçuk Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri təyin edilib
Moskva, 11 mart, AZƏRTAC
Rusiya Baş Nazirinin müavini Aleksey Overçuk Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri təyin olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Hökumətinin Sərəncamı dərc edilib. Bu vəzifədə o, hazırda Rusiya Prezidentinin köməkçisi təyin edilən sabiq İqtisadi İnkişaf naziri Maksim Oreşkini əvəz edib.
Qeyd edək ki, Azərbaycan tərəfindən komissiyanın sədri Baş Nazirin müavini Şahin Mustafayevdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva