ALİ MƏKTƏBLƏRİN II VƏ V İXTİSAS QRUPLARINA QƏBUL İMTAHANI KEÇİRİLMİŞDİR
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, imtahanda 32 min 554 nəfər (Bakıda 30827, Naxçıvanda 1727 nəfər) iştirak etmişdir.
İmtahan üçün respublikamızın paytaxtında 53, Naxçıvan şəhərində 3 bina ayrılmışdır. Test imtahanlarına Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərinin 2301 müəllimi nəzarət etmişdir.
II ixtisas qrupunda ən çox plan yeri ümumi iqtisadiyyat, mühəndis iqtisadiyyatı və idarəetmə, V ixtisas qrupunda isə ibtidai təhsilin pedaqogikası və metodikası ixtisaslarına ayrılmışdır.
Xəbər verdiyimiz kimi, xüsusi mühafizə altında saxlanılan cavab kartlarının oxunmasına avqustun 12-də - axırıncı imtahandan sonra başlanılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]