ALMANİYADA “AZƏRBAYCANLI TƏLƏBƏLƏR VƏ ELMİ İŞÇİLƏR BİRLİYİ” YARADILMIŞDIR
Bakı, 17 yanvar (AZƏRTAC). Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Almaniyada yeni diaspor təşkilatı - “Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi” təsis edilmişdir. Təşkilat yanvarın 12-də rəsmi qeydiyyatdan keçmişdir. Birliyin məqsədi Almaniyada yaşayan və təhsil alan azərbaycanlı gəncləri birləşdirmək, birgə layihələr həyata keçirməkdir. Yeni qurum həm də Almaniyada, əsasən də bu ölkənin ali təhsil məktəblərində Azərbaycan gecələri, müxtəlif elmi konfranslar və digər tədbirlər vasitəsilə ölkəmizi, onun tarixini, adət-ənənələrini, mədəniyyətini və ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri ictimaiyyətə çatdırmağı nəzərdə tutmuşdur. Birliyin bir neçə şəhərdə bölmələri fəaliyyət göstərir.
Təşkilatın sədri Frayberq Texniki Universitetində təhsili alan Samir Abbasovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]