ALMANİYALI HANNİBALA 8,5 İL HƏBS CƏZASI VERİLMİŞDİR
Psixiatriya ekspertizası bu dəhşətli prosesi başdan-başa videolentə almış cinayətkarın ruhi cəhətdən tamamilə sağlam olduğu qənaətinə gəlmişdir. Federal prokurorluq qətlə görə ömürlük cəza tələbi etmiş, vəkil isə cinayətin qəsdən yox, qətlə yetirilənin razılığı ilə törədildiyini bildirmişdir. Bu fakt tükürpərdici videolentlərin köməyi ilə tamamilə sübuta yetirildiyi üçün məhkəmə güzəştə gedərək, Mayvesi 8,5 il müddətinə azadlıqdan məhrum etmişdir.