Almaniyanın altı əyalətində antiterror əməliyyatları keçirilib
Berlin, 26 mart, AZƏRTAC
Almaniyanın altı əyalətində genişmiqyaslı antiterror əməliyyatları keçirilib.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, əməliyyatlar çərçivəsində Hessen, Şimali Reyn-Vestfaliya, Bavariya, Baden-Vürttemberq, Meklenburq-Ön Pomeraniya və Reynland-Pfalts əyalətlərində ümumilikdə 19 obyektdə axtarış aparılıb.
Federal Kriminal Polis İdarəsinin (BKA) və yerli polis qüvvələrinin 200-dən çox əməkdaşının cəlb olunduğu əməliyyatların məqsədi “Brigade N‘Hamedu” adlı terrorçu təşkilatın təsisçiləri və üzvləri olduqları ehtimal edilən 17 şübhəlinin saxlanılmasıdır. Bu qrup Eritreyada hökuməti devirmək istəyən beynəlxalq şəbəkələşmiş təşkilat kimi tanınır.
Bu terrorçu qrupun Almaniyadakı qanadının azı üç ildir fəaliyyət göstərdiyi və Eritreya icmasının keçirdiyi tədbirlərdə dəfələrlə zorakılığa əl atdığı bildirilib. Almaniya Baş Prokurorluğu yerli polisə hücumların da onlar tərəfindən qanuni vasitə kimi qəbul edildiyini açıqlayıb.
“Brigade N‘Hamedu” təşkilatının 2022-ci və 2023-cü illərdə Qiesendə, həmçinin 2023-cü ildə Ştutqartda keçirilən Eritreya festivallarında baş verən və xeyli sayda polis əməkdaşının xəsarət alması ilə nəticələnən toqquşmalara görə məsuliyyət daşıdığı bildirilir.
Oxşar axtarış tədbirləri Almaniya ilə paralel olaraq Danimarkada da həyata keçirilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]