Almaniyanın Köln şəhərində “Azərbaycan gecəsi” keçiriləcəkdir
Berlin, 14 dekabr (AZƏRTAC). Dekabrın 20-də Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evində “Azərbaycan gecəsi” təşkil olunacaqdır. Tədbirin keçirilməsində məqsəd Almaniyada yaşayan başqa xalqların nümayəndələrinə milli mədəniyyətimizin zənginliklərini göstərmək, soydaşlarımızın əlaqələrini gücləndirmək, xüsusən də bu ölkədə doğulub böyüyən gənclərimiz arasında münasibət qurmaqdır.
Gecədə Köln Konservatoriyasında təhsil alan tələbələr müxtəlif xalqların mahnılarını ifa edəcək, eləcə də Azərbaycanın estrada, muğam, xalq musiqiləri səslənəcəkdir.
Gecənin iştirakçılarına Azərbaycan mətbəxinin ləziz yeməkləri, desertlər də təqdim olunacaqdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]