“Amazon” şirkəti 18 mindən çox işçisini ixtisar edəcək
Bakı, 5 yanvar, AZƏRTAC
“Amazon” şirkəti daha əvvəl elan etdiyi 10 min əvəzinə, 18 mindən çox işçisini ixtisar edəcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə onlayn pərakəndə satış şirkətinin baş direktoru Andy Jesse bildirib.
Onun sözlərinə görə, qərar iqtisadiyyatdakı qeyri-müəyyənliklər və son iki ildə çoxlu sayda işçinin işə götürülməsi ilə əlaqədar olaraq 2023-cü il üçün planlaşdırmanın bir hissəsi kimi qəbul edilib.
Qeyd edək ki, ötən il noyabrda “Amazon” rəhbərliyi 10 min nəfəri ixtisar etməyi planlaşdırdığı bildirilmişdi. Həmçinin rəhbərlik o zaman işçilərə əlavə ixtisarların istisna olunmadığı barədə xəbərdarlıq da edib.
Son iki il ərzində koronavirus pandemiyasının yaratdığı onlayn xidmətlərə tələbatın artması səbəbindən “Amazon”un işçilərinin sayı təxminən iki dəfə artıb. Eyni zamanda, sanitar məhdudiyyətlərin aradan qaldırılması ilə şirkətin gəlirlərinin artımı da azalıb.
“The Wall Street Journal”ın məlumatına görə, ümumilikdə şirkətdə 2022-ci ilin sentyabrına qədər təxminən 1,5 milyon insan çalışırdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]