AMERİKA BEYNƏLXALQ TƏHSİL ŞURASI (ACCELS) YENİ PROQRAM HƏYATA KEÇİRİR
AZƏRTAC xəbər verir ki, Amerika Beynəlxalq Təhsil Şurasının (ACCELS) Azərbaycan üzrə nümayəndəliyi ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə “Gələcək liderlərin mübadiləsi” (FLEX) proqramını həyata keçirir.
Orta məktəblərin IX-XI sinif şagirdləri üçün nəzərdə tutulan proqramın iştirakçıları ingilis dilində test imtahanları və müsabiqələrdə iştirak edəcəklər. Qaliblər ABŞ-da ailələrdə yaşamaqla bu ölkənin orta məktəblərində bir il təhsil alacaqlar.