Ankarada keçirilən TEKNOFEST-də Azərbaycanı 5 startap təmsil edib
Bakı, 7 sentyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ölkədə və ölkə sərhədlərindən kənarda startaplara daim dəstək verir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, İRİA-nın dəstəyi ilə Azərbaycanın 5 startapı Ankarada keçirilən TEKNOFEST Aviasiya, Kosmik və Texnologiya festivalında iştirak edib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Mir Kənan Mənsurzadə festivalda ölkəmizi təmsil edən startaplarla görüşlər keçirib və müsabiqələrdə iştirak edən təmsilçilərimizə dəstək göstərib.
Bundan əlavə beş gün ərzində həyata keçirilən festivalda nümayəndəmiz müvafiq istiqamətlərdə ixtisaslaşmış və tədris verən universitetlərlə müxtəlif görüşlər keçirərək potensial əməkdaşlıqları müzakirə edib.