ARAZ ÇAYI ÜZƏRİNDƏ İKİ SU ELEKTRİK STANSİYASI TİKİLƏCƏK
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Araz çayı üzərində iki su elektrik stansiyasının tikilməsi ilə əlaqədar Təbrizdə Azərbaycanın və İranın ekspertlərindən ibarət işçi komissiyasının ilk iclası keçirilmişdir. İclasda, sərhəd çayının su ehtiyatından bərabər istifadə edilməklə iki su elektrik stansiyasının tikilməsi barədə razılıq əldə edilmişdir. Razılaşmaya əsasən, Azərbaycan Ordubadda, İran isə Mərəzəddə, hər biri 36 meqavat gücündə, qiymətcə bərabər su elektrik stansiyası tikəcəkdir.
Naxçıvan Muxtar Respublikasında daha bir elektrik stansiyasının inşası blokada şəraitində yaşayan bölgənin əhalisinin enerji təminatında mühüm addım olacaqdır.