ARDNŞ-də növbəti iməcilik keçirilmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurumun baş ofisinin, “Azneft” İstehsalat Birliyi aparatının, Sərmayələr İdarəsinin, həmçinin “Bibiheybət” NQÇİ-nin 300-dək əməkçisi “Bibiheybət” NQÇİ-nin mədən ərazisində 2 mindən çox ağac əkmiş və abadlaşdırma işləri həyata keçirmişlər. Şirkətin Ekologiya İdarəsinin 50 əməkdaşı isə Bibiheybət ekoloji ölçmə məntəqəsinin yaxınlığında aparılmış yaşıllaşdırma işləri çərçivəsində 150-dək ağac əkmişdir. İndiyədək Bibiheybət mədən ərazisində 72 min ağac və gül kolu əkilmişdir. Bunlar, əsasən zeytun və Abşeron iqliminə uyğunlaşa bilən başqa növ ağaclardır.
Ekoloqların bildirdiyinə görə, təmizlənmiş ərazilərdə əkilmiş ağacların 70 faizinin tutması dünya təcrübəsində müsbət hal sayılır. Neftçilər hazırda Bibiheybətdə 47 minə yaxın ağaca qulluq edirlər. Məlum səbəblərdən tutmayan ağaclar mütəmadi olaraq dəyişdirilir.
ARDNŞ-in qaz emalı zavodunun 200 əməkçisi isə noyabrın 20-də Salyan şosesi boyunca zavod ərazisində 1600 Eldar şamı əkmiş, təmizlik və abadlıq işləri aparmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]