ARDNŞ DÖVLƏT PROQRAMINI REALLAŞDIRMAQ ÜÇÜN TƏDBİRLƏR GÖRÜR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, ARDNŞ bu ildən öz gücü hesabına bəzi yataqların işlənilməsi ilə məşğul olacaqdır. 2005-2015 -ci illər üçün Azərbaycanın yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramına müvafiq olaraq, ilk növbədə “Qarabağ” və “Əşrəfi” yataqlarının sənaye üsulu ilə işlənilməsi nəzərdə tutulmuşdur. Proqrama əsasən, “Ümid”, “Babək”, “Naxçıvan” və digər perspektiv strukturlarda axtarış-kəşfiyyat işləri bərpa ediləcəkdir.