ARDNŞ-in Ekologiya İdarəsi və əməliyyat şirkətləri arasında əməkdaşlıq uğurla davam etdirilir
Bakı, 27 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi hasilatın pay bölgüsü sazişləri üzrə fəaliyyət göstərən birgə müəssisə və əməliyyat şirkətlərində aparılan ekoloji monitorinq və ekoloji nəzarət işlərini uğurla davam etdirir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, idarənin ekoloji monitorinq departamentinin əməkdaşları bu günlərdə “Shirvan Operatinq Company Limited” şirkətinin saziş ərazisində ətraf mühitin mövcud vəziyyətinin qiymətləndirilməsi, ətraf ərazilərdə baş verə bilən dəyişikliklərin dinamikasını öyrənmək məqsədi ilə növbəti monitorinq keçirmişlər.
Monitorinq zamanı mədən sahələrində neftlə çirklənmiş torpaqların kimyəvi tərkibini, Kür çayında və Şirvan kollektorunda səth sularının hidrokimyasını və s. öyrənmək məqsədi ilə seçilmiş stansiyalarda qrunt, su və dib çöküntülərindən kompleks təhlillər üçün nümunələr götürülmüş, hər bir tədqiqat stansiyasında atmosferə atılan çirkləndirici maddələrin qatılıq həddi tədqiq edilmişdir.
Tədqiqat üçün götürülmüş nümunələr kompleks tədqiqatlar laboratoriyasına təhvil verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]