AŞQABAD ZƏLZƏLƏSİNDƏ ZƏRƏR ÇƏKMİŞ UŞAQLARA AZƏRBAYCAN YARDIM ETMİŞDİR
Məqalədə deyilir: - Dəftərdən məlum olur ki, yaşca böyük uşaqlar ad və familiyalarını, ata-analarının adlarını bilsələr də, kiçik yaşlılar özləri haqqında dəqiq məlumat verə bilməmişlər. 90 uşaqdan 24-ü haqqında heç bir məlumat toplamaq mümkün olmamışdır. Məsələn, uşaqların şəkillərinin altında yazılmışdır “5 nömrəli oğlan, 1 yaşında. Daxil olduğu tarix 9.10.1948-ci il” (Xatırladırıq ki, Aşqabadda dağıdıcı zəlzələ 1948-ci il oktyabrın 6-da olmuşdur).
Məqalədə deyildiyinə görə, 90 uşağın 24-ü körpələr evinə, 20-si xəstəxanaya, 14-ü isə uşaq evlərinə göndərilmişdir. Dəftərdəki yazıların köməyi ilə yalnız 46 uşağın gələcək taleyi haqqında məlumat almaq olur. Məsələn, 6 oğlanı və 7 qızı qohumları və valideynləri tapmış, 16 uşaq ayrı-ayrı ailələrə verilmişdir.
Materialın sonunda bu faciədən dərhal sonra kömək əlini uzatmış Azərbaycan xalqına minnətdarlıq bildirilir.