DÜNYA
Astanada müasir rəqs üzrə beynəlxalq çempionat keçirilib
Astana, 12 avqust, AZƏRTAC
Beynəlxalq Gənclər Günü ərəfəsində, Qazaxıstan Respublikasının paytaxtı Astanada, Qazaxıstan, Özbəkistan, Yaponiya və digər ölkələrdən 300 gənci bir araya gətirən geniş miqyaslı "Bir tolqynda" müasir rəqs çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, iştirakçılar 8 əsas nominasiya üzrə çıxış ediblər.
"All styles 5x5 Rep your country" nominasiyasında komandalar öz ölkələrini təmsil ediblər. Bu kateqoriyada Yaponiya, Özbəkistan və Qazaxıstandan olan rəqqaslar yarışıblar.
Yapon rəqqasları mədəni və peşəkar təcrübə mübadiləsi çərçivəsində rəqs performansı nümayiş etdiriblər.
Tədbirin məqsədi gənclərin idman və yaradıcılıq potensialını reallaşdırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2024 [18:25]
Fransanın Avropa İttifaqındakı komissarı istefa verib
- 16.09.2024 [17:49]
Oktyabrda BƏƏ “Afrika dialoqu” forumuna ev sahibliyi edəcək
- 16.09.2024 [16:57]