Astarada taxıl sahələrinin böyük əksəriyyəti biçilib
Astara, 2 iyul, Bağır Əliyev, AZƏRTAC
Bu il Astara rayonunda 142 hektar sahədə taxıl əkilib. Bunun 119 hektarını buğda, 23 hektarını isə arpa sahələri təşkil edir. Rayonda indiyədək 124,8 hektar sahənin taxılı biçilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, biçilən taxıl zəmilərinin 101,8 hektarını buğda, 23 hektarını isə arpa sahələri təşkil edir.
Buğda sahələrinin hər hektarından götürülən məhsuldarlıq 25,3, arpa sahələrindən götürülən məhsuldarlıq isə 20,1 sentner təşkil edib.
Taxıl sahələrindən indiyədək 258,4 ton buğda, 46,4 ton arpa biçilib.
Rayonda taxıl yığımı kampaniyasının iyulun birinci ongünlüyündə başa çatdırılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]