MƏDƏNİYYƏT
AtaTravel” MMC-dən turistlərə xüsusi təklif
Bakı, 12 iyul (AZƏRTAC). “AtaTravel” MMC turizm agentliyi cəmi 220 manata Macarıstana turist səfəri təklif edir.
Turizm mövsümünün ən qızğın vaxtında azərbaycanlı turistlər Budapeştdə olmaq imkanı əldə edəcəklər. Turun qiymətinə Bakı-Budapeşt-Bakı aviauçuşu, Macarıstanın paytaxtında yerləşən “Medos” otelində bir dəfə səhər yeməyi daxil olmaqla üç gecə və dörd gün qalmaq, Budapeştin gəzməli yerlərinə birgünlük ekskursiya daxildir.
“AtaTravel” şirkətinin baş direktoru Vüsal Əliyev AZƏRTAC-a bildirmişdir ki, bu təklif “Wizz Air” aviaşirkətinin Bakı-Budapeşt-Bakı birbaşa aviareysi açıldıqdan sonra bizim turistlərin Macarıstana artan marağından irəli gələrək işlənib hazırlanmışdır. Biz əminik ki, Azərbaycan turistləri Macarıstana turun keyfiyyətindən razı qalacaqlar. Ona görə ki, bizim tərəfdaşımız və qəbul edən tərəf qabaqcıl macar turoperatoru “1000 Yoldur”.
Məlumdur ki, turizm Macarıstan iqtisadiyyatının əsas hissələrindən biridir. Bənzərsiz paytaxt-kurort Budapeşt, qonaqpərvərlik, min illik mədəniyyət, məsum təbiət, şəfalı sular, musiqi və xalq yaradıcılığı, Balaton gölü, tarixi abidələr, səmərəli istirahət, macar mətbəxi, yaxşı alış-veriş – Macarıstan turizm sənayesinin başlıca tərkib hissələridir.
“AtaHolding” ASC şirkətlər qrupuna daxil olan “AtaTravel” MMC turizm agentliyi 2011-ci ildə təsis edilmişdir. “AtaTravel” MMC turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə otellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların verilməsi üzrə xidmətlər göstərir.