AVİABİLETLƏR POÇT ŞÖBƏLƏRİNDƏ DƏ SATILACAQ
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, “Azərpoçt” Dövlət Müəssisəsi poçt şöbələrində aviabiletlərin satışını təşkil edəcəkdir. Müəssisə lisenziya ücün “Azərbaycan hava yolları” Dövlət Konserninə müraciət etmişdir.