Avqustda səkkiz tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən avqust ayı ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş, gücü artırılan və enerjitəchizat sxemini dəyişən 8 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı təqdim edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 31 razılaşdırılan layihəyə əsasən tikintisi başa çatdırılan sənaye qaz qurğularının istismarına icazə verilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 7 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]