Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib
Bakı, 23 yanvar, AZƏRTAC
Bu gün Brüsseldə Avropa İttifaqına daxil olan dövlətlərin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyalar tətbiq ediblər.
AZƏRTAC xəbər verir ki, İran İslam İnqilabının Keşikçiləri Korpusu “qara siyahıya” salınıb. Bundan başqa, 18 fiziki və 19 hüquqi şəxsə qarşı sanksiya tətbiq olunub.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu İran ordusunun əsasını təşkil edir və ölkə iqtisadiyyatında da mühüm paya sahibdir. Bu hərbi qurum öz bankına, əkin sahələrinə, xarici dövlətlərin banklarında aktivlərə malikdir. Sanksiyalara əsasən, bu qurumla bağlı şəxslərin Avropa dövlətlərinə girişi qadağan ediləcək və onların hesabları dondurulacaq.
Buna cavab olaraq İran parlamenti Avropa dövlətlərinin ordularını terror təşkilatları kimi tanıyan qanun layihəsi hazırlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:25]
BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir
- 14.10.2026 [12:43]
Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb
- 14.10.2026 [12:33]
Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
- 14.10.2026 [12:26]