Avropa İttifaqının 27 ölkəsində vaksinasiya sertifikatı sistemi qüvvəyə minib
Bakı, 1 iyul, AZƏRTAC
Avropa İttifaqına üzv 27 ölkənin hamısında qurum daxilində sərbəst hərəkəti təmin edəcək vaksinasiya barədə Avropa sertifikatlarının verilməsi sistemi bu gündən rəsmən qüvvəyə minib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Avropa sertifikatları vətəndaşların Avropa İttifaqı daxilində hərəkətini asanlaşdırmaq məqsədi daşıyır və hələlik qurum xaricindəki səyahətlərə şamil olunmur. Sənəd elektron formada verilir və mobil telefon vasitəsilə istifadəsi mümkün olan QR koduna malikdir. Sertifikatın bir il müddətində qüvvədə olacağı ehtimal edilir.
Sertifikatda sahibinin koronavirusa qarşı immuniteti, yəni vaksinasiya, xəstəlikdən sağalma və 72 saatdan gec olmayan test nəticələri barədə məlumatlar yer alacaq. Avropa İttifaqı ölkələrinin sərhədlərində sənədin sahibləri üçün daxili karantin məhdudiyyətləri azaldılacaq və ya tamamilə ləğv ediləcək.
Qeyd edək ki, Avropa İttifaqının bəzi ölkələri belə sənədləri artıq iyun ayından verməyə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]