AVROPA QOCALIR
Əgər 50 il bundan əvvəl Avropa ölkələrinin əhalisi Yer kürəsi əhalisinin 22 faizini təşkil edirdisə, bu gün həmin göstərici 12 faizə düşmüş, yaxın 50 ildə isə 6,5 faizə enəcəkdir.
Avropa ölkələrində 2002-ci ilin ilk ayları ilə müqayisədə, 2003-cü ilin əvvəllərində əhali cəmi 0,08 faiz artmışdır. Əgər 1990-cı ildə doğumun azalması təkcə Almaniya, Bolqarıstan və Macarıstanda qeydə alınmışdısa, 2002-ci ildə bu, Mərkəzi Avropanın digər 12 ölkəsinə də yayılmışdır.
BMT-nin Baş katibi Kofi Annan Brüsseldə Avropa Parlamentinin sessiyasında çıxışında bildirmişdir ki, qitənin demoqrafiya problemi inkişaf etməkdə olan ölkələrdən gələn mühacirlər hesabına həll edilə bilər.