Avropada koronavirusun qeydə alınmadığı yeganə ölkə - Monteneqro
Bakı, 12 mart, AZƏRTAC
Monteneqro Avropada indiyə qədər koronavirusun qeydə alınmadığı yeganə ölkədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Monteneqronun İctimai Səhiyyə İnstitutunun epidemioloqu İqor Qaliç bildirib. Onun sözlərinə görə, epidemiyanın başladığı dövrdən bu yana ölkədə 2 mindən çox insan tibbi yoxlamadan keçib. Hazırda 392 nəfər həkim nəzarəti altındadır və hələlik yoluxma halı aşkarlanmayıb.
Qeyd edək ki, son məlumatlara əsasən, dünya üzrə 126631 nəfərdə koronavirus təsdiqlənib, virusdan ölənlərin sayı isə 4638 nəfərə çatıb. Martın 11-də axşam saatlarında Dünya Səhiyyə Təşkilatı koronavirusla bağlı vəziyyəti pandemiya elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]