AVTOMOBİL QƏZALARININ BAŞ VERMƏSİNİN SƏBƏBİ ONLARIN RƏNGİNDƏN ASILI İMİŞ
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, iki Qərb alimləri illik tədqiqatlardan sonra inanılmaz bir qanunauyğunluq müəyyən etmişlər. Sən demə, avtomobil qəzalarının səbəbi onların rəngindən asılı imiş. Ən təhlükəsiz maşınlar gümüşü rəngdə olanlardır. Bu maşınlar ağ rəngli maşınlara nisbətən müxtəlif yol hadisələrinə iki dəfə az düşürlər.
Qara, qəhvəyi, yaşıl rəngli maşınlar daha təhlükəlidir. Sarı, qırmızı və göy rəngdə olanların qəzatörətmə dərəcəsi isə aşağı səviyyədədir. Özü də qəzaların başvermə tezliyi maşınların markasından asılı deyildir.
Bununla belə, alimlər bu fenomenin ağlabatan izahını hələ tapmayıblar. Çoxu bu fikirdədir ki, əsas səbəb insan psixikasındadır.