Azər Süleymanov: Azərbaycan yaxın gələcəkdə siqaret istehlakını 100 faiz təmin etməyə nail olacaq
Bakı, 6 aprel, AZƏRTAC
2023-cü ildə ölkədə 15,3 milyard ədəd siqaret istehsal olunub. Onun 98 faizini Azərbaycanda fəaliyyət göstərən yeddi istehsalçı təmin edib. Siqaretin cəmi 2 faizi xaricdən idxal olunub.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin aprelin 6-da keçirilən iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov deyib.
Xaricdən idxal edilən 2 faizə olan tələbatını ödəmək üçün avadanlıqların sifariş verildiyini bildirən A. Süleymanov deyib ki, artıq Azərbaycan yaxın gələcəkdə siqaret istehlakını 100 faiz təmin etməyə nail olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:24]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [16:41]
Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb
- 15.10.2026 [16:22]