Azərbaycan döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb
Bakı, 27 may, AZƏRTAC
Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, təmsilçimiz Moskvada keçirilən qarışıq döyüş növləri (MMA) üzrə “Fight Nights Global 48” turnirində uğurla çıxış edib. O, “Qran-pri Fight Nights” yarışının birinci yarımfinalında İslam Beqidov ilə üz-üzə gəlib. 70,3 kiloqram çəki dərəcəsində baş tutan döyüşdə idmançımız rusiyalı rəqibini məğlub edib. N.Abbasov 3 raund davam edən gərgin görüşdə hakimlərin yekdil qərarı ilə qalib gəlib. Bu qələbə ilə təmsilçimiz Qran-prinin finalına vəsiqə qazanıb. Bu, onun MMA-da keçirdiyi 14-cü döyüşdə qazandığı 12-ci qələbədir.
Xatırladaq ki, idmançımız yarışın 1/4 final mərhələsində digər rusiyalı Nikolay Qaponovu məğlub etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]