AZƏRBAYCAN GÜLƏŞÇİSİ ASLANBEK ALBOROV BAKI TURNİRİNİN GÜMÜŞ MEDALINI QAZANMIŞDIR
Bakı, 28 aprel (AZƏRTAC). Azərbaycan idmançısı Aslanbek Alborov (84 kq) Bakı İdman Sarayında sərbəst güləş üzrə gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnirin gümüş medalını qazanmışdır. Azərbaycan pəhləvanı final qarşılaşmasında gürcüstanlı Dato Marşagişviliyə uduzmuşdur.
Digər çəki dərəcələrində yarışın nəticələrinə əsasən, Qazaxıstan idmançısı Marqulan Cusupov (50 kq), Özbəkistan təmsilçisi Maruf Nurilloyev (55 kq), Dauren Cumaqazıyev (60 kq, Qazaxıstan), Andrey Kutatkovski (66 kq, Ukrayna) və Təvgül Səidi (74 kq, İran) turnirin qalibi olmuşlar.
Azərbaycan idmançıları arasında Cavid Dəmirov (55 kq), David Suynyuxanov (66 kq) və Zaur Ələkbərov (74 kq) bürünc medala sahib çıxmışlar. Hazırda yarışlar davam edir.
Xatırladaq ki, Azərbaycanın 2 idmançısı - Cəmaləddin Maqomedov (96 kq) və Aslan Cəbişov (120 kq) finalda yarışacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]