AZƏRBAYCAN İDMANÇILARI DÜNYA ÇEMPİONATINDA UĞURLA ÇIXIŞ ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddə yeniyetmələr və gənclər arasında sambo üzrə dünya çempionatı keçirilmişdir. Dünyanın 20-dən artıq ölkəsindən idmançıların qatıldığı çempionatda ölkəmizi 12 samboçu təmsil etmişdir. Gərgin keçən yarışlarda Araz Muxtarov (70 kq çəki dərəcəsində) qızıl, Ələkbər Kərimov (48 kq) gümüş, Cəfər Cəfərli (62 kq) və Seyran Rəhimov (74 kq) bürünc medal qazanmışlar. Hakimlərin arasında azərbaycanlı Yaqub Allahverdiyev də olmuşdur.
Ölkəmizin Özbəkistandakı səfiri Aydın Əzimbəyov idmançılarla görüşərək, onları qələbə münasibətilə təbrik etmişdir.