Azərbaycan ilə Qambiya arasında turizm sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır
Bakı, 29 iyun (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsində Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qambiyanın turizm departamentinin baş direktoru Benjamin A.Roberts ilə görüş keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə iki ölkənin turizm potensialı haqqında geniş məlumat verilmiş, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Qambiyalı qonağa hazırda Azərbaycanın turizm sektorunda həyata keçirilən layihələr, son illərdə fəaliyyətə başlamış turizm obyektləri, Şahdağ Qış-Yay Turizm Kompleksi və digər layihələr barədə məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]