AZƏRBAYCAN KARATEÇİLƏRİNİN KİYEVDƏ BÖYÜK NAİLİYYƏTİ
AZƏRTAC-ın xüsusi müxbiri Kiyevdən xəbər verir ki, Azərbaycanın karate-do komandası “Qlobal karate-do” Assosiasiyasının himayəsi ilə mayın 15-16-da Ukrayna paytaxtında keçirilən 4-cü Dünya kuboku yarışlarında böyük uğurla çıxış etmişdir. Rafael Məmmədovun başçılıq etdiyi 10 idmançımız “Meridian” idman kompleksində fərdi və komanda “kata”da, habelə “kumite”də yüksək ustalıq göstərərək, 6 qızıl, 9 gümüş və 2 bürünc medala layiq görülmüşdür.
Qızıl mükafatları 18-39 yaşlılar qrupunda Rafael Məmmədov (“kata), 10 yaşlı Elvin Eyvazov (“kata”), 11 yaşlı Azər Qarayev (həm “kata”da, həm də “kumite”də), 14 yaşlı Arzu Quliyeva (“kumite”) və 18-19 yaşlı idmançılar arasında Xəyal Fərhadov (“kumite”) qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]