Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin komandası “Kibermüharibə” yarışında iştirak edəcək
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “ACC Predators” komandası ölkəmizdə ilk dəfə keçiriləcək “Kibermüharibə” yarışında iştirak edəcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən bildirilib.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə təşkil olunacaq “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) virtual müharibə simulyasiyası yarışında ümumilikdə 40 komanda mübarizə aparacaq. 3 mərhələdə keçiriləcək “Kibermüharibə” yarışının ilk 2 mərhələsi sentyabr ayında onlayn formatda, 3-cü mərhələsi isə oktyabrın 26-27-də 20 finalçı komanda ilə Bakı Konqres Mərkəzində baş tutacaq.
Qalib komanda 30 min AZN-lik mükafat əldə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]