Azərbaycan millisinin basketbolçusu Gürcüstan çempionu olub
Bakı, 27 may, AZƏRTAC
“Kutaisi” klubu kişi basketbolçular arasında Gürcüstan çempionatının qalibi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin basketbolçusu Zaur Paşayevin şərəfini qoruduğu komanda finalda “Dinamo”dan (Tbilisi) üstün olub. Həlledici seriyada hesab 2:2 olduğundan çempionun adına 5-ci matçda aydınlıq gəlib. Son oyunda rəqibini 76:71 hesabı ilə məğlub edən “Kutaisi” qızıl medala sahib olub.
Millimizin oyun qurucusu qələbədə xüsusi pay sahibi olub. O, komandasının aktivinə 18 xal yazdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]