Azərbaycan nümayəndə heyəti Türkiyədə keçiriləcək beynəlxalq sərgidə iştirak edəcəkdir
Bakı, 10 yanvar (AZƏRTAC). Yanvarın 19-dan 23-dək Türkiyənin Antalya şəhərində keçiriləcək 22-ci Antalya Beynəlxalq mehmanxana üçün ləvazimatlar və hotel dekorasiyası sərgisində Azərbaycan da təmsil olunacaqdır.
AZƏRTAC xəbər verir ki, məqsəd sərgi vasitəsilə Türkiyənin mühüm turizm sektoru mərkəzlərindən biri olan Antalya şəhərini daha da tanıtmaq, dünyanın müxtəlif ölkələrindən buraya turistlər cəlb etməkdir.
Orta Şərq, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn, Rusiya və Azərbaycanın iştirak edəcəkləri sərgidə mehmanxanalar haqqında məlumat veriləcək, turizm haqqında bələdçi-kitabçalar, hotel ləvazimatları və hotel dekorasiya məhsulları nümayiş etdiriləcəkdir.
Sərgi çərçivəsində müxtəlif müsabiqələr də təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]