ORDU
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros birinciliyi keçirilib
Bakı, 5 aprel, AZƏRTAC
Cari ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros yarışları keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yarışlarda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən 11 komanda üzrə 33 hərbi qulluqçu fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıblar.
Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma və 3 min metr məsafəyə kros üzrə güclərini sınayıblar.
Yekun nəticələrə əsasən, 1-ci yerdə Heydər Əliyev adına Hərbi İnstitut, 2-ci yerdə Quru Qoşunları, 3-cü yerdə isə Hərbi Polis İdarəsinin komandaları qərarlaşıblar.
Yarışın sonunda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2024 [13:41]
Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
- 14.06.2024 [17:30]
Azərbaycan ilə Serbiya arasında birgə hərbi əməkdaşlıq inkişaf edir VİDEO
- 14.06.2024 [13:56]
Azərbaycanın müdafiə naziri Çinin hərbi nümayəndə heyəti ilə görüşüb VİDEO
- 14.06.2024 [09:04]
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub VİDEO
- 13.06.2024 [21:32]