Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Özbəkistan üçün təhlükəsizlik baxımından da vacib tərəfdaşdır - ŞƏRH

Azərbaycan Özbəkistan üçün təhlükəsizlik baxımından da vacib tərəfdaşdır -  ŞƏRH

Bakı, 24 avqust, AZƏRTAC

Azərbaycanın Türk dövlətləri coğrafiyasında həyata keçirdiyi xarici siyasətin əsas mahiyyəti ondan ibarətdir ki, əməkdaşlıq etimada və etibara əsaslanmış olsun, ümumi təhlükəsizlik strategiyası icra edilsin və münasibətlərdə qarşılıqlı asılılıq elementlərinə yol verilməsin. Məhz bu səbəbdəndir ki, Mərkəzi Asiya dövlətləri Azərbaycanla həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı (TDT) daxilində əməkdaşlığa üstünlük verirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.

O qeyd edib ki, bir il bundan əvvəl Özbəkistan Prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış bəzi sənədlərin icrası, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası və strateji münasibətləri daha da dərinləşdirmək istəyi bu görüşün başa tutmasına təsir edən əsas amillərdən hesab oluna bilər. Ümumilikdə qeyd etmək lazımdır ki, hər iki ölkə arasında münasibətlər bütün platformalar üzrə yüksələn xətt üzrə inkişaf edir. İki xalqı birləşdirən milli adətlər, din, dil və ortaq tarixi köklərlə yanaşı, region üzrə ümumi strateji vizyon, təhlükəsizliyin təmin edilməsi və enerji ehtiyatlarının dünya bazarına çıxarılması kimi mühüm, həyati əhəmiyyətli faktorlar da vacib elementlər sırasındadır.

“Özbəkistan əhalisinin sayına görə Mərkəzi Asiyada birinci yerədir. Həmçinin dünyada qızıl və uran ehtiyatlarına, təbi qazın istehsalına görə önəmli yerlərdən birini tutur. Özbəkistanın təsdiq edilmiş neft və qaz ehtiyatlarının həcmi təqribən 5 milyard ton qiymətləndirilir. Lakin bu qədər ehtiyata malik ölkənin dənizə çıxışı olmadığı üçün alternativ variantlardan istifadə etmək zərurəti yaranır. Təbii ki, burada ilk olaraq qardaş Azərbaycanın nəqliyyat və kommunikasiya imkanları göz önünə gəlir.

Azərbaycan tranzit imkanlarından istifadə etməklə Avropanın və dünyanın enerji bazarlarına birbaşa çıxış əldə etmiş olur. Bununla yanaşı, Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlıq etmək hər zaman güvənli mövqedə olmağa zəmanət verir. Qeyd olunan faktlardan əlavə, Azərbaycan Özbəkistan üçün təhlükəsizlik və yeni hibrid müharibə aparmaq bacarığına malik ölkə kimi də vacibdir. İkinci Qarabağ müharibəsində qazanılmış Zəfər Özbəkistan üçün də bir örnək sayıla bilər. Çünki Özbəkistan da uzun müddət separatizm və milli zəmində münaqişə ocağı olmaqdan əziyyət çəkən keçmiş postsovet ölkələrindən biridir. Bu baxımdan da Azərbaycanın əldə etdiyi təcrübə Özbəkistana əsl yol xəritəsi ola bilər”, - deyə politoloq vurğulayıb.

O bildirib ki, iqtisadi münasibətlərin də inkişafı hər iki ölkə tərəfindən təşviq olunan istiqamətlərdən biridir. Özbəkistanın zəngin kənd təsərrüfatı imkanları Azərbaycan üçün olduqca maraqlıdır. Eyni zamanda, turizm, təhsil və humanitar sahələr də qarşılıqlı əhəmiyyət kəsb edir.

Azərbaycan tərəfindən neft və qaz istehsalı ilə bağlı zəngin təcrübənin və imkanların Özbəkistana transformasiya olunması səfər zamanı müzakirə mövzularından olacaq desək, yanılmarıq. Bu gün Azərbaycan həm dənizdə, həm də quruda neft və qaz yataqlarının kəşfi, resursların onların ixracı sahəsində beynəlxalq təcrübəyə malikdir. Ona görə də Özbəkistan üçün Azərbaycanla bu sahədə əməkdaşlıq olduqca əhəmiyyətlidir.

Bütün bunların fonunda isə hər iki ölkəni birləşdirən əsas məqam siyasi cəhətdən anlaşılan bir atmosferin formalaşmasıdır. Hələ 2004-cü ildə dövlətimizin başçısı Özbəkistana səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. 2008-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı məsələ gündəliyə çıxarılanda lehinə səs verən Mərkəzi Asiya ölkəsi məhz Özbəkistan olub. Vətən müharibəsi zamanı Özbəkistan tam şəkildə Azərbaycanın haqlı mübarizəsini dəstəklədi. Bundan əlavə, TDT çərçivəsində Özbəkistan hər zaman Azərbaycan tərəfindən irəli sürülən təkliflərə öz dəstəyini verib. Beynəlxalq platformalarda da hər iki ölkə bütün müstəvilərdə bir-birinə dəstək göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, mədəni, dini və dil baxımından bir-birinə yaxın olan Azərbaycan və Özbəkistan bundan sonra da siyasi, strateji, təhlükəsizlik və ümumi əməkdaşlıq formatında münasibətləri davam etdirmək niyyətindədirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb