Azərbaycan pilotu Gülhüseyn Abdullayev Bakı şəhər halqasında test yürüşü edəcək
Bakı, 26 may, AZƏRTAC
“Formula-1” üzrə Avropa Qran-prisinin rəsmi elçisi, “Euro Formula Open” yarışlarında “Kampos” (İspaniya) komandasında çıxış edən Azərbaycan pilotu Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasında test yürüşü edəcək.
AZƏRTAC xəbər verir ki, mayın 29-da təşkil olunacaq yürüşdə pilotun Bakı şəhər halqası boyunca üç dövrə vurması nəzərdə tutulur.
Gülhüseyn Abdullayev Azərbaycanı dəfələrlə avtoidman yarışlarında uğurla təmsil edib və hazırda “Formula-3” pilotudur. Gənc pilot yanvarda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Formula Gulf 1000” yarışında yaxşı nəticə göstərərək birinci yerin sahibi olmuşdu.
Qeyd edək ki, “Formula-1” üzrə Avropa Qran-prisi iyunun 17-19-da Bakıda təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]