Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan polisinin obrazı. Bu obrazı hansı cizgilər səciyyələndirir?

Azərbaycan polisinin obrazı. Bu obrazı hansı cizgilər səciyyələndirir?

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk polis orqanlarının yaradıldığı gün - 2 iyul ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə Azərbaycan Polisi Günü elan edilib. Publisist Səyyad Ağbabalı AZƏRTAC-a təqdim etdiyi yazıda 103 yaşlı Azərbaycan polisinin tarixinin müxtəlif dönəmlərində formalaşan obrazı ilə bağlı bəzi qənaətlərini bölüşür.

Azərbaycan hansı tarixi mərhələlərdən, dolanbaclardan keçib, hansı təlatümlü və fırtınalı zamanları yaşayıb, yaxud hansı uğurlara imza atıbsa, polis də eyni taleyi yaşayıb. Cəmiyyətlə birlikdə həmahəng nəfəs alaraq, onun ayrılmaz tərkib hissəsi kimi fəaliyyət göstərib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament qarşısında hesabatçı olan DİN-ə təxminən 20 ay ərzində, qısa zaman kəsikləri ilə 6 nəfər rəhbərlik edib. O, demokratiyanın ab-havasını “ciyərlərini tam çəkməmiş” Xalq Cümhuriyyəti ilə birlikdə sovet-bolşevik rejimi tərəfindən məhv edilib. Cümhuriyyət dövrünün polis obrazında bolşevik-daşnak cinayətkar qruplarına qarşı, xüsusilə Bakı, Zəngəzur, Şuşa, Gəncə bölgələrində Azərbaycan ordusu ilə çiyin-çiyinə şərəflə mübarizə aparmaq xətti daha qabarıq görünür.

Zəngin təbii sərvətlərinə, geostrateji mövqeyinə görə Azərbaycan sovet rəhbərliyi üçün xüsusi maraq kəsb edirdi. Ona görə də sovet-bolşevik rejimi qurulduqdan sonra xeyli müddət ölkəmizə qeyri millətin nümayəndələrinin, o cümlədən də qatı daşnak erməni Mirzoyanın (1926-1929-cu illər) rəhbərlik etməsi çox ağır nəticələr verib. Hüquq-mühafizə orqanlarına, o cümlədən də Azərbaycan polisinin rəhbər heyətinə daraşmış bolşevik-daşnak cinayətkarlar vasitəsi ilə DİN və onun strukturları tamamilə deqradasiyaya uğradılıb. Azərbaycan xalqının düşmənləri fürsətdən yararlanmaqla, sovet rejiminin mahiyyətindən çıxış edərək açıq formada düşmənçilik fəaliyyətlərini davam etdiriblər. Azərbaycan polisi də, digər hüquq-mühafizə orqanları ilə yanaşı, sovet repressiya maşının hərəkətverici qüvvələrindən biri kimi sinfi mübarizəyə cəlb edilib. Sovet-bolşevik rejiminin özünün düzüb qoşduğu və “xalq düşmənləri” adlandırdığı xalqın görkəmli nümayəndələrinə, ziyalılarına, elm və din xadimlərinə qarşı xalqın övladlarını qabağa veriblər. 1920-1940-cı illərdə Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə 500-ə yaxın əməkdaşını itirib. 1937-1939-cu illərdə isə polisin yalnız rəhbər heyətindən 320 nəfər repressiyaya məruz qalıb. Həmin zamanlarda Azərbaycan polisinə zorən həm repressiyalarda iştirak edən, həm də özü repressiyaya məruz qalan bir obraz qazandırılıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan polisinin 80 illik yubileyində çıxış edərkən həmin tarixi dövrü belə səciyyələndirib: “Ötən dövrdə Azərbaycan polisinin, milisinin, daxili işlər orqanlarının çox əhəmiyyətli nailiyyətləri də, itkiləri də, uğurları da, səhvləri də olmuşdur. Bu tarixin çox parlaq səhifələri də, ancaq ləkəli qara səhifələri də var. Amma bunların hamısı bizimdir, Azərbaycanındır, xalqındır. Bu, bizim xalqın tarixinin səhifələridir. Daxili işlər orqanlarında nə qədər mənfi hallar olmuşdusa da, bu orqanda çalışan şəxsi heyətin əksəriyyəti öz mənliyini qorumuş, vətənə, xalqa sədaqətini daim saxlamışdır”.

1969-cu ilin iyulunda Böyük Öndərin Azərbaycana rəhbər seçilməsi ilə ölkə həyatının bütün sahələri köklü islahatlar başlandı. Həmin illərdə Sovetlər Birliyi tərəfindən respublikamıza qarşı ayrı-seçkilik siyasəti yürüdülsə də, Ümummilli Lider Azərbaycanın gələcəyi üçün ən qlobal problemləri məharətlə həll edə bildi. Ölkənin strateji maraqları naminə çox ciddi addımlar atıldı. “Ədalətsizliyi ədalətsizliklə aradan qaldırmaq olmaz” prinsipini bəyan edən ölkə rəhbəri Heydər Əliyev DİN rəhbərliyində yaranmış dözülməz vəziyyəti aradan qaldırmaq üçün radikal tədbirlər həyata keçirdi. Cinayətkarlığa qarşı səmərəli mübarizəni gücləndirmək üçün daxili işlər orqanlarında kadrların seçilib yerləşdirilməsi və tərbiyə olunması işini dahi rəhbər öz üzərinə götürdü. Bununla da polisin obrazına vurulmuş qara ləkələr aktiv şəkildə təmizlənməyə başladı.

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü bütün ölkə, o cümlədən daxili işlər orqanları üçün də ağır bir imtahan dövrü oldu. Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdığı ilk gündən Azərbaycan polisi SSRİ rəhbərliyi tərəfindən dəstəklənən erməni-daşnak-separatçı qüvvələrə qarşı mübarizənin ön cərgəsində dayandı. Xalqın ümid və pənah yeri polis oldu. 1991-ci ildə keçirilən uğurlu Çaykənd əməliyyatı Azərbaycan polisinin Xüsusi Təyinatlılarının adını tarixə yazdı. Birinci Qarabağ müharibəsində polisimiz öz sıralarından 500 nəfərdən çox şəhid verdi. Onun 5000-ə yaxın əməkdaşı yaralandı, 65 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Həmin illər polisin obrazında igidlik, vətənsevərlik, qorxmazlıq kimi cizgilərlə yadda qaldı.

Azərbaycan öz müstəqilliyini bərpa edəndən Ulu Öndərin hakimiyyətə qayıdışına qədər olan dövr daxili işlər orqanlarının fəaliyyətinin tamamilə siyasiləşdirilməsi və konyuktur maraqlara tabe etdirilməsi ilə səciyyələnir. Həmin illərdə qanunsuz silahlı birləşmələr meydan sulayır, cinayətkarlıq, xüsusən mütəşəkkil cinayətkarlıq özünün apogeyinə çatırdı. DİN və onun strukturları demək olar ki, iflic edilmişdi. Prezident İlham Əliyev həmin dövrü belə xarakterizə edib: “Əfsuslar olsun ki, müstəqillik bərpa olunduqdan sonra polis orqanlarında vəziyyət ürəkaçan deyildi. Məhz o illərdə ən böyük cinayətləri törədən insanlar polis orqanlarının rəhbər işçiləri, Daxili İşlər Nazirliyinin rəhbərləri idilər”.

Ümummilli Liderin hakimiyyətə qayıdışı ölkənin müstəqilliyini itirmək təhlükəsinin qarşısını aldı. O, yaxşı bilirdi ki, respublikada möhkəm ictimai-siyasi sabitliyi bərpa etmədən heç bir müvəffəqiyyətdən danışmaq olmaz. Bu məsələnin həllində isə daxili işlər orqanlarının rolu əvəzolunmazdır. Liderin birbaşa rəhbərliyi ilə DİN və onun strukturlarında aparılan köklü islahatlar polisin yeni obrazını yaratdı. “Qorxu və xof orqanı” kimi yaramaz adı üstündən atan Azərbaycan polisi demokratik dövlət quruculuğu prinsiplərinə uyğun bilik və bacarıq potensialı əldə etdi. Dünya təcrübəsindən də bəhrələnərək mütəşəkkil bir quruma çevrildi. O, XXI əsrin polisi adını ləyaqətlə daşımağa başladı. Konstitusiya və qanunlarla üzərinə qoyulan vəzifələri yerinə yetirməklə ölkədə dayanıqlı sabitliyin və təhlükəsizliyin əsas təminatçısına çevrildi. Azərbaycan polisinə yaraşan da elə bu idi.

Zaman dəyişir. Dəyişən zaman yeni çağırışlar diktə edir ki, onlara vaxtında ölçülü-biçili siyasət və əməli fəaliyyətlə cavab vermədən gələcəyə inamla addımlamaq olmaz. Məhz buna görə də 2003-cü ildə cənab İlham Əliyev hakimiyyətə gəlişi ilə dövlətçiliyin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı qorunması, sabitliyin tam bərqərar olması istiqamətində ölkə həyatının bütün sahələrini əhatə edən islahatların ikinci mərhələsinə start verdi. Dövlət başçısının fəaliyyət prinsipi belə oldu: yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə bütün məsələləri, o cümlədən də ölkənin ərazi bütövlüyü və suverenliyini təmin etmək olar. Təkcə ölkə vətəndaşları deyil, bütün dünya Azərbaycana rəhbərliyin İlham Əliyev modelinin nəyə qadir olduğunu tam aydınlığı ilə gördü. 44 gün davam edən İkinci Qarabağ müharibəsində ölkəmizin parlaq qələbəsi 30 illik məğlubiyyətin acısını unutdurdu. “Qalib sərkərdə”, “qalib xalq”, “qalib əsgər” ifadələri hər azərbaycanlının sinəsini qürurla doldurdu - bütün ağrılara və acılara, Vətən yolunda verilən şəhidlərə, ağır xəsarətlər almış qazilərimizin acılarına baxmayaraq.

Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman Azərbaycan əsgərinin şücaəti ilə əldə olunan şanlı qələbədə, sözsüz, daxili işlər orqanlarının və DİN-in Daxili Qoşunlarının da xüsusi payı var. Bu qoşunlar öz sıralarından 66 şəhid vermiş, 346 əməkdaş isə yaralanmış və əlil olmuşdur. İkinci Qarabağ savaşında Daxili Qoşunlar da daxil olmaqla, DİN və onun strukturlarının xeyli sayda əməkdaşı göstərdikləri rəşadətə və qəhrəmanlığa görə orden və medallarla təltif olunmuşlar. Biz sizlərlə birlikdə indi daxili işlər orqanları əməkdaşlarının yeni obrazını, bu obrazda əvvəllər təsəvvürümüzə gətirə bilmədiyimiz yeni cizgiləri görürük. Bu cizgilərdə “Vətən oğlu”- ifadəsi aydınca görünür və oxunur. Ona görə də hər bir vicdanlı Azərbaycan vətəndaşı “mənim polisim” müraciətini sevə-sevə və qürurla səsləndirir.

Yəqin ki, çoxlarınız Daxili Qoşunların əsgər və zabitlərinin cəbhədə şəhid olan silahdaşlarının dünyaya yeni gələn körpələrinin xəstəxanalardan çıxarılması mərasimini müşahidə etmiş, yaxud həmin mərasimin iştirakçısı olmusunuz. Azərbaycan bayrağına bələnmiş körpəni öz övladı kimi köksünə sıxaraq onun atasının döyüş yolundan, qəhrəmanlığından danışan zabitin kövrək, lakin qürurverici çıxışını da dinləmisiniz. Polis əməkdaşlarının müşayiəti ilə doğma ocağına qədəm qoyan körpənin arxasında dövlətin dayandığı açıq-aşkar görünür və hiss olunur. Azərbaycan polisi də hər bir şəhid övladının bir addımlığında boy göstərir, qazilərin səfində yer alır. Budur müasir Azərbaycan polisinin obrazını bəzəyən portret cizgiləri.

İndi Azərbaycan polisi deyəndə öz kökündən və həyatın real axarından ayrı düşməyən, cəmiyyətə açıq olan, yeni çağırışlara ölkənin milli maraqları baxımından sərrast cavab verən bir struktur görürük. Bu struktur həm də Avropa polis məkanına daxil olan, onun təcrübəsindən bəhrələnən və öz təcrübəsini də bölüşən böyük bir gücdür. Azərbaycan polisi öz işini vətəndaşların hüquq və azadlıqlarının qorunması, onların tam təmin olunması istiqamətində ümumdövlət vəzifələrinin həyata keçirilməsi əsasları üzərində qurur. Lakin bir çox hallarda Azərbaycan polisinin belə fəaliyyəti ikili standartlar müəlliflərinin, respublikamızın inkişafını, müstəqilliyini və suverenliyini gözü götürməyənlərin, təcavüzkarla təcavüzə məruz qalanın yerini bilərəkdən səhv salanların, həm də daxildəki səbatsız ünsürlərin xoşuna gəlmir. Günəş kimi görünən odur ki, Azərbaycan polisinin obrazına “demokratiya püskürməkdən bıqmış və boğulmuş” ölkələrin polislərinin rezin güllələrlə göz çıxarmaq, dəyənəklərlə qol-qıç sındırmaq, çəkməsini qırtlağa basıb insanları boğmaq, dərisinin rənginə və dini mənsubiyyətinə görə cəza müəyyənləşdirmək kimi yaramazdan-yaramaz olan cizgilər tamamilə yaddır.

Azərbaycan polisi öz fəaliyyətini kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, Azərbaycan Konstitusiyası və qanunları əsasında, onun fəaliyyətini nizamlayan normativ aktlarla həyata keçirir. Azərbaycan dövlətinə və dövlətçiliyinə, milli maraqlara xidmət edir. Ölkəmizin demokratik və bəşəri dəyərlərə söykənərək inkişafını təmin edən Müzəffər Ali Baş Komandanının müəyyənləşdirdiyi dövlətçilik xəttinə sədaqət nümunəsi göstərir.

DİN və onun strukturları da, obrazlı dillə desək, “şəffaf evdə yaşayır, işləyir və daim müşahidə olunurlar”. Şəksiz, daxili işlər orqanları hər hansı tədbir keçirəndə, yaxud DİN hansısa qərar qəbul edəndə kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, qanunlardan çıxış edir. Lakin onlar qərar qəbul edərkən, sosial kontekstə əhəmiyyət verməyə bilməzlər. Hüquq və onu formalaşdıran cəmiyyət arasında hər zaman bir balans olmalıdır. Azərbaycan polisi öz obrazında bu balansı qarşılıqlı etibar, səmimiyyət, qanunlara hörmət və humanizm prinsipləri əsasında qoruyub saxladığını aydın cizgilərlə göstərir. Onun obrazına cinayətkarlığa qarşı barışmaz mübarizə aparmaqla humanizm prinsiplərini görünən formada nümayiş etdirmək, hərbi anda sadiq olmaq, vətəndaş məmnunluğu üçün şəffaf formada fəaliyyət göstərmək cizgiləri xarakterikdir.

Mən iddia etmirəm ki, Azərbaycan polisinin fəaliyyəti nöqsansızdır və işlər yağ kimi gedir. Bəli, nöqsanlar var və olacaq. Fakt odur ki, mövcud nöqsanları operativ və görünən formada aradan qaldırmaq üçün DİN rəhbərliyi ən təsirli tədbirlər görür. Bu sahədə özünü tənzimləmə mexanizmi daim işlək və saz vəziyyətdə saxlanılır. Daxili işlər orqanları canlı bir orqanizmdir. Bu orqanizmin bəzi orqanlarına zaman-zaman “virus və bakteriyalar”ın düşməsi qaçılmazdır. Əsas olan onları vaxtında aşkar edib zərərsizləşdirməkdir ki, bu da edilir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması daxili işlər orqanlarının qarşısında bir çox yeni vəzifələr müəyyənləşdirir. DİN və onun strukturları bütün bu vəzifələri ona görə mükəmməl formada yerinə yetirə bilir ki, nazirliyin rəhbərliyi peşəkardır, bu strukturun fəaliyyəti “gənclərin qətiyyəti və novatorluğu, yaşlıların müdrikliyi və təcrübəsi” prinsipi əsasında qurulur. Vəzifələr dəqiq müəyyənləşdirilir, onların yerinə yetirilməsi üçün sədaqətli xidmət göstərilir.

Təbii, bugünkü sabitliyin, inkişafın, gələcəyə inamın təməlində Prezident İlham Əliyevin yürütdüyü siyasət durur. Eyni zamanda, bu siyasətin reallaşmasında xüsusi xidmətləri olan polis orqanlarının fəaliyyətini də gözardı etmək olmaz. Ali Baş Komandan deyir: “Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis orqanları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Mən görülmüş işləri yüksək qiymətləndirirəm. Polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm”.

İndi Azərbaycan qatarı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə daha gözəl gələcəyə doğru istiqamət götürüb. Şübhəsiz, bu qatarın mənzil başına sağ-salamat çatması, təhlükəsizliyinin tam təmin olunması üçün Azərbaycan polisi onu fədakar və şərəfli xidmətlə, adına yaraşan formada müşayiət edəcəkdir.

103 yaşın mübarək, Azərbaycan Polisi!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib