AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “ABN AMRO”NUN VİTSE–PREZİDENTİ MARK HOLTZMANI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Prezident sarayında “ABN Amro”nun vitse-prezidenti Mark Holtzmanı qəbul etmişdir.
Mark Holtzman Prezident İlham Əliyevlə Davosda keçirilən görüşdə iştirakını məmnuniyyətlə xatırladaraq, orada dövlətimizin başçısının Azərbaycanın iqtisadi imkanları və əldə etdiyi nailiyyətləri barədə çıxışının Forum iştirakçılarında dərin təəssürat yaratdığını və ölkəmizdə gedən inkişaf proseslərinə böyük maraq doğurduğunu bildirdi.
Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərin əhəmiyyətindən danışan Prezident İlham Əliyev tədbir zamanı aparılan müzakirələrin qarşılıqlı surətdə faydalı olduğunu, əməkdaşlıq üçün geniş imkanlar açdığını vurğuladı.
######
