AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MACARISTAN TELEQRAF AGENTLİYİNƏ VƏ DUNA TELEVİZİYASINA MÜSAHİBƏ VERMİŞDİR
Budapeşt, 26 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda - “İntercontinental” mehmanxanasında Macarıstan Teleqraf Agentliyinə (MTİ) və Duna televiziyasına müsahibə vermişdir.
Dövlətimizin başçısı Nabukko layihəsinin əhəmiyyəti, Azərbaycanın bu beynəlxalq layihəyə münasibəti, ölkəmizin qaz hasilatı, ixrac potensialı, onun perspektivləri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu, habelə Azərbaycan və Macarıstan xalqları arasında tarixi oxşarlıq, yaxın münasibətlər, eləcə də kütləvi informasiya vasitələrinin əlaqələrimizin inkişafındakı rolu ilə bağlı suallara ətraflı cavab vermişdir.
######
