AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “MİR” TELEVİZİYA KANALININ RƏHBƏRİ RADİK BATIRŞİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Prezident sarayında “Mir” televiziya kanalının rəhbəri Radik Batırşini qəbul etmişdir.
Görüşdə Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin humanitar sahədə əməkdaşlığının, o cümlədən bu ölkələr arasında informasiya mübadiləsinin əhəmiyyəti vurğulandı və “Mir” televiziya kanalının bu istiqamətdə fəaliyyətinə dair fikir mübadiləsi aparıldı.
######
