RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “UOLL STRİT CORNEL” QƏZETİNƏ MÜSAHİBƏ VERMİŞDİR
Davos, 28 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də İsveçrənin Sürix şəhərindən Davosa gəlmişdir.
Dövlətimizin başçısı həmin gün ABŞ-ın məşhur “Uoll strit cornel” qəzetinə müsahibə vermişdir.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən danışıqlar, Azərbaycanın enerji potensialı, Nabukko layihəsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri və regional məsələlərlə bağlı suallara cavab vermişdir.
######