AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALBANİYA NAZİRLƏR ŞURASININ SƏDRİ SALİ BERİŞA İLƏ GÖRÜŞÜ
Davos, 29 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, “Konqress” mehmanxanasında Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Nazirlər Şurasının sədri Sali Berişa ilə görüşmüşdür.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyi, iqtisadi sahədə əməkdaşlığın yaxşı potensialının olduğu vurğulandı. Söhbət zamanı həmçinin bu sahədə işlərin həyata keçirilməsi və əlaqələrin genişləndirilməsi üçün imkanların araşdırılmasının zəruriliyi bildirildi.
######
![]() |
![]() |

