AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN AVROPA İNVESTİSİYA BANKININ PREZİDENTİ İLƏ GÖRÜŞÜ
Budapeşt, 26 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda - “İntercontinental” mehmanxanasında Avropa İnvestisiya Bankının (EİB) prezidenti Filipp Maystadt ilə görüşmüşdür.
Görüşdə Nabukko layihəsi və onun həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
######
