Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
-Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bu gün Xorvatiya Prezidenti cənab Mesiçin Azərbaycana rəsmi səfərinin ikinci günüdür və deyə bilərəm ki, biz dünən çox geniş müzakirələr apardıq, ikitərəfli münasibətlərin bütün aspektlərini təhlil etdik. Bizim aramızda güclü siyasi dialoq mövcuddur. İki il bundan əvvəl mən Xorvatiyaya rəsmi səfər etmişdim. O vaxt mənimlə bərabər Azərbaycandan iş adamları da getmişdilər və ilkin biznes əlaqələri məhz onda yaranmışdır. Son iki il ərzində müxtəlif sahələrdə əlaqələrimizdə canlanma müşahidə olunur. Amma mən hesab edirəm ki, iqtisadi sahədə daha da böyük işlər görmək mümkündür.

Bizim aramızda siyasi cəhətdən heç bir fikir ayrılığı yoxdur, əksinə, biz dost ölkələrik və həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyən ölkələrik. Bunun əsasında çox güclü iqtisadi əlaqələrin yaranması mümkündür və biz bunu arzulayırıq.

Mən çox şadam ki, Prezident Mesiçlə bərabər Azərbaycana Xorvatiyadan iş adamlarından ibarət böyük bir nümayəndə heyəti də gəlmişdir. Əminəm ki, burada onlar yerli həmkarları ilə müştərək iqtisadi işlərin aparılması üçün zəruri tədbirlər görəcəklər. Mən ümid edirəm ki, bu forumdan sonra bizim aramızda çox güclü iqtisadi əlaqələr yaranacaq və iş adamlarımız hər iki ölkənin artan iqtisadi potensialından istifadə edəcəklər.

Əfsuslar olsun, hələ ki, ölkələrimizdə bir-birimiz haqqında kifayət qədər məlumat yoxdur. Biz bu yaxınlarda qərar qəbul etmişik ki, Xorvatiyada Azərbaycanın səfirliyi açılsın və əminəm ki, səfirlik işə başlayandan sonra ölkələrimizin potensialı daha da dolğun şəkildə təqdim olunacaqdır. Azərbaycanda son illər ərzində iqtisadi artım çox sürətlə gedir. Deyə bilərəm ki, iqtisadiyyatımız son üç il ərzində dünyada analoqu olmayan sürətlə artır. Üç il ərzində ümumi daxili məhsulun artımı 96 faiz olmuşdur və bu proseslər davam edir. İqtisadiyyatın həcminin artması ilə bərabər, sənaye istehsalı da artır, yeni iş yerləri açılır, böyük infrastruktur layihələri həyata keçirilir.

Mən dünən Prezident Mesiçə bildirdim ki, gələn ilin büdcəsində təkcə dövlət xətti ilə, dövlət investisiyalarının həcmi ən azı 3 milyard dollar təşkil edəcəkdir. Artıq Azərbaycanda yerli investisiyalar həcm baxımından artıq xarici investisiyalardan daha böyükdür. Bu onu göstərir ki, Azərbaycanda həm xarici investorlar üçün, həm də yerli şirkətlər üçün çox gözəl biznes mühiti var. İqtisadiyyatımız tam liberallaşıbdır. Ölkəmizdə müşahidə olunan inkişaf hər sahədə özünü büruzə verir və Azərbaycanda artıq uzun illərdir ki, çox gözəl investisiya mühiti yaradılmışdır. Məhz buna görə adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə Azərbaycan bölgədə lider ölkədir.

Biz artıq etibarlı tərəfdaş kimi özümüzü dünyanın ən böyük şirkətlərinə təqdim edə bilmişik. Azərbaycanda xarici investisiyaların qorunması siyasəti gələcəkdə də davam etdiriləcəkdir. İmzalanan hər bir saziş, hər bir müqavilə icra olunur, onlara heç bir dəyişiklik edilmir və ən böyük əhəmiyyət kəsb edən starteji müqavilələr hətta parlamentin ratifikasiyasından keçərək, prezident tərəfindən qanun kimi imzalanır. Beləliklə, xarici investorlarda tam zəmanət var ki, razılaşdırılmış şərtlərə heç kim heç vaxt müdaxilə etməyəcəkdir.

Biz hesab edirik ki, iqtisadi sahədəki əməkdaşlığımız bir neçə istiqamətdə gedə bilər. Birinci növbədə, əlbəttə, biz çox şad olardıq ki, Xorvatiyadan Azərbaycana sərmayə qoyulsun. Xüsusilə də nəzərə alsaq ki, indi bütün sahələrə sərmayə qoymaq üçün imkanlar yaxşıdır və Azərbaycana sərmayə qoymaq çox gəlirli bir işdir. İkinci istiqamət ondan ibarət ola bilər ki, Xorvatiyanın tanınmış şirkətləri Azərbaycanda müxtəlif işlərdə podratçı kimi iştirak edə bilərlər. Yenə də demək istəyirəm ki, gələn il Azərbaycanda çox böyük işlər görüləcəkdir: böyük infrastruktur layihələri, yol tikintisi, kəmərlərin tikintisi, digər infrastruktur layihələri. Xorvatiya şirkətləri bu layihələrdə fəal iştirak edə bilərlər. Eyni zamanda, Azərbaycanda müştərək müəssisələrin yaradılması da mümkündür.

Biz Xorvatiyanın sənaye potensialının imkanlarından daha da səmərəli istifadə etməliyik. Azərbaycana lazım olan mallar, o cümlədən, Xorvatiyadan da alına bilər. Biz bilirik ki, Xorvatiyada çox inkişaf etmiş gəmiqayırma sənayesi var. Nəzərə alsaq ki, Azərbaycan ərazisi ilə yükdaşımalar ildən-ilə artır və biz gələn il Bakıda yeni Beynəlxalq dəniz limanının tikintisinə başlayacağıq, Azərbaycanın yeni tankerlərin və yük gəmilərinin alınmasına böyük ehtiyacı var.

Xorvatiyada əczaçılıq sənayesi çox inkişaf etmişdir. Biz hələ bunu Sovet İttifaqının vaxtından bilirik. Bilirik ki, bu sahə son illər ərzində çox inkişaf edib və Azərbaycanda bunun üçün çox cəlbedici bazar var. Həm ticarət aparmaq mümkündür, həm də müştərək istehsal da təşkil etmək olar. Başqa sahələr də var. Turizm baxımından Xorvatiya çox gözəl ölkədir. Mən bunu bir daha iki il bundan əvvəl gördüm və Prezident Mesiçin qonaqpərvərliyini hiss etdim. Biz həm Zaqrebdə görüşdük, ondan sonra Brioni adasında olduq və Xorvatiyanın nadir turizm imkanlarını seyr etdik. Bu sahə də cəlbedici ola bilər - kənd təsərrüfatı, emal sənayesi. Yəni bir sözlə, biz istənilən sahədə əməkdaşlığa hazırıq, bunun tərəfdarıyıq.

Bizim ölkələrimiz arasında çox böyük oxşarlıq var. Ölkələrimiz vaxtilə başqa dövlətlərin tərkibində olmuşdur. Biz müstəqilliyimizi də təxminən eyni vaxtda qazandıq, bərpa etdik və müstəqillik dövründə siyasi və iqtisadi islahatların aparılması nəticəsində çox böyük uğurlara nail olduq. İndi Xorvatiya NATO ilə üzvlük haqqında danışıqların son mərhələsindədir. Avropa İttifaqı ilə də həmçinin. Azərbaycanın Avratlantik strukturlarına inteqrasiya siyasəti də uğurla gedir. Yəni, həm iqtisadi, həm siyasi, həm də tarixi nöqteyi-nəzərdən bizi birləşdirən amillər çoxdur. Mən arzu edirəm ki, bu biznes forumunun nəticələri çox uğurlu olsun. Bu forumdan sonra bizim iqtisadi əlaqələrimiz daha da möhkəmlənsin və hər iki tərəf bundan fayda, səmərə götürsün.

Mən forum iştirakçılarını salamlayıram, forumun işinə uğurlar diləyirəm.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 Oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO