Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Sizin hamınızı görməkdən çox şadam. Görürəm ki, cənab Prezidentin Azərbaycana səfəri məhsuldar keçir. Biz bu səfərə böyük əhəmiyyət veririk. Bu, sırf onunla bağlı deyil ki, dövlətlərimiz arasında münasibətlərin tarixində Estoniya dövlət başçısının Azərbaycana ilk səfəridir. Bu, həm də qarşılıqlı maraq doğuran məsələlərlə bağlıdır. Ölkələrimiz müstəqillik qazandıqdan sonrakı onilliklər ərzində uğurla əməkdaşlıq edibdir. İndi isə, hesab edirəm, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün vaxt artıq yetişibdir. Əlbəttə ki, ölkələrimiz arasındakı olduqca möhkəm siyasi münasibətlər müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı bünövrəni təmin edibdir. Cənab Prezidentin səfəri çərçivəsində Bakıda bu biznes forumun keçirilməsi həmin marağı nümayiş etdirən yaxşı əlamətdir.

Bu gün ikitərəfli görüşlərimiz zamanı müxtəlif məsələləri və iqtisadi əməkdaşlığı müzakirə etdik. Bu prosesləri irəlilətmək məqsədi ilə hansı işlərin görülməsi barədə fikir mübadiləsi apardıq. Bu işin öhdəsindən gəlmək üçün ən münasib yollardan biri bir-birimizi daha yaxşı tanımaqdır. Bu gün ölkəmizə səfər edən Estoniyanın iş adamları bir-birimizi daha yaxşı tanımaq, ölkəmizdə biznes imkanlarını araşdırmaq, potensial sərmayə layihələri barədə məlumat əldə etmək, qarşılıqlı təşəbbüslər, sərmayə imkanlarını bilmək üçün yaxşı fürsət qazanıblar. Bütün bunlar iqtisadi əməkdaşlığımızın çox vacib elementlərinə çevrilə bilər. Bu gün biz məmnunluqla qeyd edə bilərik ki, bu sahədə artıq müəyyən işlər görülübdür. Bilirəm ki, ölkələrimizin şirkətləri işbirliyi qurmağı planlaşdırır, bunu nəzərə alaraq, artıq görüşlər keçiriblər. Zənnimcə, bu gün prezidentlərin iştirakı ilə keçirilən bu görüşün nəticələri daha böyük olacaqdır.

Hüquq çərçivəsi, vergi sistemi, sərmayə qaydaları və biznes imkanları barədə məlumatı aldıqdan sonra biznesi aparmaq və əməkdaşlıq sahələrini müəyyən etmək daha asan olacaqdır. Biz bütün zəruri məlumatları verməyə və dövlətin dəstəyinin təmin edilməsinə hazırıq. Bütün bunlar ölkələrimiz arasında iqtisadi münasibətlərin irəliyə doğru aparılmasına yönəlibdir.

Son bir neçə ildə Azərbaycanın ümumi iqtisadi inkişafı çox müsbət olubdur. İqtisadi artıma gəldikdə, ölkəmiz ardıcıl olaraq 4 il ərzində dünyada birinci yerdədir. Son beş ildə ÜDM 2,5 dəfədən çox artıbdır. Sənaye istehsalında da artım eyni səviyyədədir. Bütün bunlar Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsi üçün imkanlar açıbdır. Son beş il ərzində dövlət büdcəsinin xərcləri 12 dəfə artıbdır. İqtisadi və maliyyə böhranına, o cümlədən bizə gəldikdə, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, bu gün də müsbət dinamikanı qoruyub saxlayırıq. Ümidvarıq ki, əvvəlki illər kimi, 2009-cu il də uğurlu olacaq və biz planlaşdırdığımız bütün işləri yerinə yetirəcəyik.

İqtisadi və sosial inkişaf, siyasi islahatlar hər hansı bir ölkə, xüsusən də müstəqillik baxımından gənc ölkə üçün vacibdir. Sovet İttifaqı dağılandan sonra ölkələrimiz - Estoniya və Azərbaycan, demək olar ki, eyni vəziyyətdə idi. O vaxt yalnız dövlətə məxsus iqtisadiyyat vardı, indi isə Azərbaycanda ümumi daxili məhsulun 85 faizdən çoxu özəl sektor tərəfindən təmin edilir. İqtisadiyyatın liberallaşdırılması, biznes qurmaq imkanları, yerli və xarici sərmayədarlar üçün çox münasib və asan qaydalar elə bir vəziyyət yaradıb ki, biz bu gün onun faydasını görürük.

Biz 90-cı illərin əvvəlində - 1994-cü ildə dünyanın ən iri neft şirkətlərini ölkəmizə dəvət etdik. Həmin vaxtdan bu günə qədər bizim onlarla heç bir ciddi mübahisəmiz və ya narazılıq doğuran məsələmiz olmayıbdır. Bu onu göstərir ki, biz yerli və xarici sərmayədarlarla dövlət qurumları arasında əməkdaşlığın çox səmərəli formatını yarada bilmişik. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə regionda liderdir. Bizim neft ehtiyatlarımız inkişaf üçün yeni perspektivlər açır. 2009-cu il üçün nəzərdə tutulan dövlət sərmayə proqramlarının həcmi 5 milyard dollardan çox olacaq, həmin layihələr dövlət büdcəsindən maliyyələşdiriləcəkdir. Bundan əlavə, yerli şirkətlər daha da möhkəmlənir, Azərbaycanda və xaricdə sərmayə yatırırlar. Son illərdə şirkətlərimiz qonşu ölkələrin iqtisadiyyatına bir neçə milyard dollar sərmayə yatırıblar. Təbii ki, sərmayə yatırılan ölkələrlə bizim yaxşı siyasi əlaqələrimiz var. Ona görə də mən bir daha xatırlatmaq istəyirəm ki, fəal iqtisadi əməkdaşlıq üçün ölkələrimiz arasında yaxşı və möhkəm əlaqələrin olması ilkin şərtdir.

Biz eston şirkətlərini Azərbaycanın sərmayə proqramlarında iştiraka dəvət edirik. Yeri gəlmişkən, bu məsələni biz bu gün ikitərəfli müzakirələrimiz zamanı nəzərdən keçirdik. Əgər onlar sərmayədar kimi iştirak etmək istəyirlərsə, biz bundan çox şad olarıq. Əgər onlar dövlət büdcəsindən maliyyələşən layihələrdə podratçı olmağa üstünlük verirlərsə, biz yenə də məmnun olarıq. Çünki bizim planlaşdırdığımız layihələrin həyata keçirilməsi üçün peşəkar və bacarıqlı şirkətlərə ehtiyacımız var. Eyni zamanda, burada və ya Estoniyada, yaxud da digər ölkələrdə bəzi müştərək layihələr barədə düşünə bilərik.

Siz öz regionunuzda, biz isə öz regionumuzda güclü mövqelərə malikik. Müxtəlif enerji təşəbbüsləri sayəsində bu gün biz artıq Xəzər-Qara dəniz və Baltik dənizi regionları arasında güclü əlaqələr haqqında danışa bilərik. Biz enerji nəqli marşrutları üzərində sıx işləyirik. Enerji təchizatının şaxələndirilməsi sahəsində planlaşdırdığımız işlərə artıq nail olmuşuq. Lakin eyni zamanda, Xəzər dənizindən çıxarılan neft və qazın Baltik regionunun bazarlarına yeni marşrutlar vasitəsilə çatdırılması üzərində düşünə bilərik. Bu məsələ ilə bağlı biz Estoniya ilə, o cümlədən digər tərəfdaşlarımız və dostlarımızla ciddi şəkildə işləməyə hazırıq. Fikrimcə, bu gün imkanları araşdırmaq üçün münasib fürsət yaranıb və biz əməkdaşlığımızın real perspektivlərini nəzərdən keçirə bilərik. Azərbaycanda artan bazar imkanları cəlbedici ola bilər. Bir çox digər imkanlar da mövcuddur. Əminəm ki, dövlət qurumları şirkətlər arasında qurulan biznes əlaqələrinə dəstək verməlidir və bu baxımdan biz daha fəal əməkdaşlığı görmək istərdik.

Bu gün enerji amili daha böyük əhəmiyyətə malikdir. Biz bunu bugünkü xəbərlərdən görürük. İndiki vəziyyəti təhlil etsək, Azərbaycanda 50 il öncə neft hasilatı bu qədər böyük deyildi. İttifaq dağıldıqdan sonra isə sənaye durğunluq vəziyyətinə düşmüşdü, ölkənin ümumi inkişafı sual altında idi, iqtisadiyyat işləmirdi, sovet vaxtında fəaliyyət göstərən bütün zavodlar bağlanmışdı. Ona görə də ölkəmiz üçün enerji siyasəti sürətli inkişaf üçün əsas alət hesab edildi.

Zənnimcə, biz planlaşdırdığımız məqsədlərə nail olduq. Neft və qaz hasilatına böyük sərmayələr yatırıldı, nəhəng neft-qaz yataqları aşkar edildi. Qaz ehtiyatlarına gəldikdə, onların həcmi qarşıdakı 100 il üçün kifayətdir. Neft və qazın nəqli üçün bizim yaratdığımız müasir nəqletmə yolları və infrastruktur neft və qazımızı böyük həcmdə dünya bazarlarına çıxarır. Enerji siyasəti, əgər belə demək olarsa, enerji fəlsəfəsi ondan ibarətdir ki, enerji xalqları bir-birindən ayırmalı deyil, birləşdirməlidir. Biz öz imkanlarımızdan istifadə edərək tərəfdaş və dostlarımızla işbirliyi qururuq. Biz enerji resurslarını heç vaxt başqa məqsədlər üçün istifadə etməmişik və etməyəcəyik. Onlar yalnız dəstək, yardım, bu və ya digər ölkənin siyasi və iqtisadi maraqları üçün sərf olunacaqdır. Bu günə qədər Azərbaycan özünü enerji ehtiyatlarının hasilatçısı, nəqlinin təminatçısı və tranzit ölkə kimi nümayiş etdirmişdir. Əminəm ki, bu siyasət vəziyyətin proqnozlaşdırılmasına və əməkdaşlığa, ölkələr arasında daha yaxşı anlaşmaya xidmət edəcəkdir.

Ona görə Azərbaycanın bu regionda və daha geniş məkanda enerji inkişafı sayəsində oynayacağı rol, təbii ki, artacaqdır. Bu, sırf coğrafiya ilə bağlı deyil, ölkəmiz Mərkəzi Asiya ilə Avropa arasında körpüdür. Azərbaycan nəhəng daxili resurslara, müasir nəqletmə infrastrukturuna malikdir. Biz Xəzər dənizində çox güclü daşıma qurğularını yaratmışıq. Bundan istifadə edərək, biz xoş məramla dostlarımızla işləməyə hazırıq.

Qiymət məsələsinə gəldikdə, bu, hasilatçı və istehlakçı üçün münasib olmalıdır. Qiymət ehtiyacı olan ölkələrin iqtisadiyyatını böhrana sürükləməli deyil. Biz bu məsələlərə bu cür yanaşırıq. Hətta bir neçə il bundan öncə, yəni 90-cı illərin sonlarında neft və qaz yataqlarının istismarına sərmayələrə başladığımız bir dövrdə də bizim siyasətimiz dəyişməz qalırdı. Qeyd etdiyim kimi, biz dünyanın əsas enerji şirkətləri ilə yaxşı münasibətlər qurmuşuq. Biz hasilat sənayesində şəffaflıq üzrə lider ölkələr sırasındayıq. 2007-ci ildə Azərbaycanın Dövlət Neft Fonduna BMT-nin şəffaflıq mükafatı verilibdir. Bu qurum dünyada digər bu kimi müstəqil fondlar arasında ən şəffaf qurumdur. Biz bundan qürur duyuruq. Azərbaycanın hər bir vətəndaşı və dünyanın istənilən vətəndaşı həmin qurumun fəaliyyəti və orada toplanan vəsaitlər barədə məlumat əldə edə bilər.

Biz iqtisadiyyatın şaxələndirilməsinə və iqtisadi islahatlara çox böyük diqqət yetiririk. Bəzi hallarda buradakı vəziyyəti yaxşı bilməyən şəxslər sürətli iqtisadi inkişafımızı yalnız neft və qaz amili ilə bağlayırlar. Lakin Azərbaycanla müqayisədə digər ölkələrdə daha böyük həcmdə neft və qaz var. Lakin bu, avtomatik şəkildə uğura, tərəqqiyə və ümumi daxili məhsulun artımına aparmır. Bizim timsalımızda neft və qaz iqtisadi inkişafımızda çox vacib rol oynayıbdır. Lakin bu, yeganə mühüm amil deyildir. Bundan əlavə, deyim ki, Dünya Bankı Azərbaycanı 2008-ci ildə bir nömrəli islahatçı ölkə kimi tanıyıbdır. Bu, iqtisadiyyatımızda islahatların aparılmasına və Azərbaycanın güclü, müasir dövlətə çevrilməsinə yönələn səylərimizə verilən yüksək qiymətdir.

Mən sizin vaxtınızı çox almaq istəmirəm, ölkəmiz haqqında çox danışa bilərdim. Sadəcə, görülən və planlaşdırılan işlər, o cümlədən iqtisadi və enerji sahələrində digər ölkələrlə qurduğumuz əlaqələr haqqında məlumat vermək istədim. Əminəm ki, biz cənab Prezidentlə tədbiri tərk etdikdən sonra aparacağınız müzakirələr praktik nəticələrə səbəb olacaq və yaxın vaxtlarda bugünkü tədbirin nəticələrini görəcəyik. Diqqətinizə görə çox sağ olun.

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO