AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ BOLQARISTAN PREZİDENTİ GEORGİ PIRVANOVUN TƏKBƏTƏK GÖRÜŞÜ
Bakı, 22 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun təkbətək görüşü olmuşdur.
Azərbaycanın dövlət başçısı Bolqarıstan rəhbərini qarşıladı.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi, qarşılıqlı əlaqələrin, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial imkanların olduğu vurğulandı.
Azərbaycan ilə Bolqarıstan arasında enerji sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.
Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın əhəmiyyətini vurğulayan prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da genişləndiriləcəyinə əminliklərini ifadə etdilər.
Görüşdə daha sonra ikitərəfli münasibətlər, regional və beynəlxalq əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
######
![]() |
![]() |

